İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə67/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   63   64   65   66   67   68   69   70   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.54. Cirə
Şəkil 1.55. Sumaq


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
65 
% efır yağı, 29 % selluloza, 4,3 % kül, 13,0 % pentazin, 1,1 % pektin maddəsi vardır. 
Meyvələrin tərkibində 25 % piyli yağ, 0,8 % efirli yağ vardır. Dəfnə qədimdən xalq tərəfindən 
müalicə vasitəsi kimi istifadə edilir. Meyvələrin
 
yağından «Bobkov məlhəmi» hazırlanır ki, 
bundan
 
soyuqdəymədə, bərk öskürmədə, qıcolmada, dəri səpkilərində, yel və başqa 
xəstəliklərdə istifadə edilir. Bir çox dərman preparatları yarpaqların efir yağından hazırlanır. 
Meyvəsinin yağından tibdə, sabun istehsalında, efir yağından isə ətriyyat sənayesində istifadə 
olunur. Dəfnə ağacının buraxdığı fitonsidlər 15 dəqiqə ərzində ətrafdakı zərərli bakteriyaları 
məhv edir. Dəfnə bitkisi olan yerdə milçək, ağcaqanad, mozalan və digər həşaratlar az olur. 
Yağışdan sonra bu bitkinin verdiyi xoş ətirli efırlər insana müsbət təsir edir və əsəb sistemini 
sakitləşdirir. Təbabətdə əsəb və ürək xəstəliklərinin müalicəsində dəfnə bikisindən əldə 
olunan efirli yağlardan müvəffəqiyyətlə istifadə olunur.
Hazırda dəfnə ağacı, hər şeydən əvvəl, 
ədviyyat sayılan yarpaqlarına görə yetişdirilir. 
Dəfnə yarpağının qiyməti onun tərkibində olan, 
yarpaqlara gözəl qoxu verən və qidanın dadını 
yaxşılaşdıran efir yağındadır (Şəkil 1.56). Dəfnə 
yarpağı konserv istehsalında geniş sürətdə istifadə 
olunur. Bu yarpaq ətirli maddə kimi müxtəlif 
sahələrdə tətbiq edilir. Yarpaqlarından hazırlanan 
ədviyyat həzmi yaxşılaşdırır və iştahanı artırır. 
Dəfnə yarpağının zəif ətri, acımtıl tamı vardır. 
Ədviyyat kimi yarpaqlarından ət, balıq və sairə 
xörəklərin hazırlanmasında istifadə edilir. Dəfnə yarpağı duza qoyulmuş bütün şorbalara xoş 
tamlı ətir vermək üçün qatqı kimi əlavə edilir. Qiymətli, həmişəyaşıl bəzək bitkisidir. 
1.7.23. Darçın
Bu bitkiyə ancaq mədəni halda rast gəlinir. 
Ən geniş yayılan növü Çin və Seylon darçınlarıdır. 
Darçın ağacının ancaq qabığından istifadə edilir. 
Məhz qabığı çox xoşagələn ətirli iyə malikdir, 
dadı şirintəhər yandırıcı olur (Şəkil 1.57). İstifadə 
olunan darçın qabığında 1-2 % efir yağı olur ki, 
bunun 90 %-ini darçın aldehidi və evgenol 
maddəsi təşkil edir. Təbabətdə «darçın suyu» və 
digər preparatlar şəklində həzm prosesini 
yaxşılaşdıran darçın çayı hazırlanır. Darçın tozu 
mədə xəstəliyi zamanı iltihabı götürür, köpmənin 
qarşısını alır. Bundan əlavə darçından bir sıra 
dərmanların dadını və iyini yaxşılaşdırıcı kimi də 
istifadə edilir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin