İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə65/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   61   62   63   64   65   66   67   68   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.52. İstiot
Qırmızı istiot (
Capsicum annum
L.)
birillik ot bitkisidir. Onun tərkibində 10-34 % 
fruktoza, 2-19,6 % saxaroza, 3,5-11,5 %) qlükoza, 5,5-9,3 % zülal maddələri, 500-600 mq% C 
vitamini, 1,6-13,9 mq% karotin, az miqdarda P, B

və B
2
vitaminləri və sairə vardır. Tibbdə 
dərman maddəsi kimi xüsusən bədənin donmuş yerlərinin sağaldılmasında, yel xəstəliklərinə 
qarşı, iştahagətirici və sairə məqsədlər üçün istifadə olunur. İstiot müxtəlif salatların 
hazırlanmasında və tərəvəz konservləri istehsalında istifadə olunur. Ədviyyat kimi qırmızı 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
63 
istiot bir çox yeyinti məhsullarının vitaminlə zənginləşdirilməsində əlavə qatqı kimi geniş 
istifadə olunur. Ədviyyat kimi təzə və qurudulmuş halda istifadə edilir. 
1.7.19. Zirə
Meyvələrinin tərkibində 3-8 % efır yağı, 25 % 
zül maddəsi, 18-20 % piyəbənzər yağ, aşı maddəsi, 
flavanoidlər, piqment, qatran və sairə vardır. 
Təbabətdə zirədən bir sıra dərmanların tərkibində 
ətirli tamlı maddə kimi xronik mədə-bağırsaq 
xəstəliklərində mədənin işini yaxşılaşdıran və 
köpmənin qarşısını alan vasitə kimi geniş istifadə 
olunur (Şəkil 1.53). Xalq tababətində mədə-
bağırsaq xəstəliyi zamanı zirəni çay kimi dəmləyib 
içirlər. Bundan əlavə toxumlarından alınan 
cövhərdən toxuma-əzələ zəifliyində, daxili hormon 
ifraz edən vəzilərin fəaliyyətinin nizamlanmasında, 
həzm 
prosesinin 
yaxşılaşdırılmasında, 
ana 
südünün artırılmasında və sairə istifadə edilir. 
Zirənin 
toxumları 
qiymətli 
ədviyyatlı 
xüsusiyyətlərə malik olduğundan ondan çörək-
bulka istehsalında, qənnadı, ətriyyat, kosmetika, 
əczaçılıq və sabunbişirmə sənayesində geniş 
istifadə olunur. Meyvələrindən də qənnadı çörək 
və digər yeyinti məhsullarının tərkibində ətirli maddə kimi istifadə edilir. Toxumundan 
hazırlanan tozdan ət, balıq və tərəvəz məhsullarından hazırlanan xörəklərə xoş ətir və 
keyfiyyətli tam vermək üçün qatqı kimi istifadə edilir. Toxumundan müxtəlif 
sərinləşdiricilərin, likör-araq növlərinin hazırlanmasında istifadə edilməklə yanaşı 
tütünçülükdə də ətirverici maddə kimi işlədilir. Bu qiymətli ədviyyat bitkisindən konserv 
sənayesində də, xüsusilə meyvə-tərəvəzlərin emalı zamanı daha geniş istifadə edilir. 
1.7.20. Cirə
Azərbaycanda 10 növü vardır ki, onunda ən geniş yayılanı adi cirədir (
Pimpinella anisum
L.). Quru meyvəsinin tərkibındə 2-6 % efir yağı vardır. Bundan əlavə 18-22 % piyli yağ, 18 % 
zülal, 3-5 % şəkər, furfumurol, kafeyin, kioregen turşuları və digər maddələr var. Təbabətdə 
efir yağından bronxit və öskürək zamanı bəlğəmgətirici vasitə kimi, boğaz vəzilərinin iltihabı, 
səsin kallaşmasında, zəif görmədə və həzmin yaxşılaşdırılmasında istifadə edilir (Şəkil 1.54). 
Xalq təbabətində cirə meyvəsi astmanın

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin