İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə55/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   51   52   53   54   55   56   57   58   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

1.7.5. Kərəviz 
Kərəvizin tərkibində 1,1 % azotlu maddələr
0,27 % yağ, 5,9 % azotsuz ekstraktiv maddələr, 1% 
sellüloza, 0,07 % kül vardır. Yarpaqlarında 0,1%, 
kökündə 0,10 %, toxumunda isə 2,4-3 % efir yağı, 
yarpaqlarında K, Na, Mn, Ca, Fe vardır.
Dərman və qida kimi kərəvizin otundan, 
saplağından, yarpağından, meyvəsindən və 
köklərindən istifadə edilir (Şəkil 1.39). Kərəviz 
qüvvəli 
sidikqovucudur. 
Xalq 
təbabətində 
kərəvizin şirəsindən, eləcə də meyvələrindən 
hazırlanan çay böyrək xəstəliklərində daşsalıcı dərman kimi işlədilir. Kök və yarpağı iştahanı 
artırır, həzm prosesini yaxşılaşdırır, qastritdə, mədə və onikibarmaq bağırsağın xorasında 
zəif işlədici dərman kimi, eləcə də yel (revmatizm) xəstəliklərinin müalicəsində istifadə edilir. 
Şəkil 1.39 Kərəviz 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
54 
Onun cövhərindən ağrıkəsici, qızdırmaəleyhinə, qaraciyər, allergiya və sairə xəstəliklər 
zamanı istifadə olunur. Kərəviz böyrək və sidik kisəsini təmizləyir. Mədə köpünü yatırır, 
qazları özünə hopdurur. Kərəviz təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır. 
Kök və yarpağını balda uzun müddət saxladıqda mədəni qüvvətləndirir, ürək bulanmanın 
qarşısını alır. Onu sirkə ilə işlətdikdə iştahanı artırır, xalq təbabətində sinqa, şəkərli diabetə 
qarşı istifadə edilir. Kərəvizin tərkibində həll olunmuş qələvi duzlar orqanizmdə zülal 
maddələrinin asanlıqla mənimsənilməsinə səbəb olur, turşuluq qələviliyi tarazlayır, 
orqanizmin vaxtından qabaq qocalmasının qarşısını alır. Sinir sistemini sakitləşdirir və 
piylənmənin qarşısını alır.
Azərbaycanda demək olar ki, bütün il boyu bu qüvvətli bitkinin yarpaqlarından bir çox 
xörəklərin, salatların hazırlanmasında geniş istifadə olunur. Bu bitkini hətta qurudub istifadə 
edirlər. Konserv sənayesində, aşpazlıqda, müxtəlif tərəvəzləri duza, şorabaya qoyduqda daha 
geniş istifadə olunur. Yarpağı, saplağı, kökü təzə və qurudulmuş halda müxtəlif xörəklərə 
əlavə edilir. Ətli, şirəli saplaqları iştahla yeyilir. 
1.7.6. Reyhan
Reyhan Dalamazkimilər (Lamiaceae Lindl.) 
və ya dodaqçiçəklilər (Labiatae) fəsiləsinə 
daxildir. Ədəbiyyat məlumatına görə 70 növü 
vardır. Onlardan ən geniş yayılanı limonu (ətrinə 
görə), bənövşəyi, şabalıdı, ətirli və adi reyhan 
növləridir (Şəkil 1.40). Mədəni reyhanın 4 
növmüxtəlifliyi var: 
1.
Хırda rеyһan - sıх хırda kоl əmələ gətirir, 
yarpaqları 
və 
çiçək 
qrupu 
хırda, 
qırmızımtıl yarpaqları һəm yaşıl, һəm də 
bənövşəyi, һəm sığallı, һəm də qıvırcıq оla 
bilər. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin