Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
57
müalicəsində istifadə edilir. Mərzədən ədviyyə kimi kulinariyada istifadə olunur. Mərzə
kolbasa məmulatlarına,
duru xörəklərə, balıq, ət, yumurta, kartof, bir çox tərəvəz və sairə
xörəklərə əvəz edilməz qatqı kimi əlavə edilir. Bunlardan müxtəlif
salatlar və souslar da
hazırlanır. Mərzədən çay konsentratlarının, spirtsiz sərinləşdiricilərin, şərbətlərin
hazırlanmasında
və eləcə də pomidor, kələm, xiyar konservlərində əlavə qatqı kimi istifadə
olunur. Qurudulmuş mərzə pendir məhsullarının istehsalında da tətbiq edilir.
1.7.9. Razyana
Dünyada 2 növü məlumdur ki, Azərbaycanda
onun adi razyana növü becərilir.
Bitki kimyəvi
tərkibcə meyvə ilə birlikdə 8-12 % yağ, 1,5 % efir
yağı, 3,5 % şəkər, 10-14 % nişasta, 14-17 % zülal
olmaqla bərabər tərkibində aşı maddələr, alma və
kəhrəba turşuları, mineral maddələr, vitaminlərlə
də zəngindir. Xalq tərəfindən həm bitkinin yaşıl
kütləsindən, həm də toxumundan geniş istifadə
olunur (Şəkil 1.43).
Dostları ilə paylaş: