İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə78/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   74   75   76   77   78   79   80   81   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Toхumun təmizliyi. 
Təmiz toxumun və yad 
qarışıqların miqdarı çəkilməklə müəyyən olunur 
və 
faizlə 
götürülür. 
Təmiz 
toxumlara 
zədələnməyən və ya yüngül zədələnən toxumlar 
aid edilir. Toxumun təmizlik faizini təyin etmək 
üçün müxtəlif növlərin toxumundan standartda 
göstərilən miqdarda orta nümunə tərəzidə 
çəkilərək, seçici lövhə üzərində bərabər surətdə 
yayılır. Sonra xırda (kiçik) nümunəni lövhənin 
diaqonalları boyu 4 bərabər üçbucağa bölünmüş 2 
qarşı-qarşıya duran hissələrdən götürülür (Şəkil 
2.2). 
Şəkil 2.2. Toxumun təmizlik faizinin 
müəyyən edilməsi
 
Qarşı-qarşıya duran üçbucaqlardan təmizlik faizini təyin etmək üçün kiçik nümunə 
götürülərək tərəzidə çəkilir və seçici lövhə üzərində aşağıdakı hissələrə ayrılır: 

Əsas bitkinin sağlam toxumları; 

Əsas bitkinin yararsız (zədəli) toxumları; 

Canlı zibil (başqa bitki toxumları və həşərat yumurtası); 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
79 

Cansız zibil (daş, torpaq, quru bitki qalıqları). 
Ayrılmış hissələr təklikdə çəkilir və həmin nümunənin ümumi çəkisinə görə faizlə ifadə 
edilir. 
Standarta əsasən toxumun tərkibində 1 % zibil qarışığı ola bilər. O cümlədən 0,1-0,2 % 
zərərli qarışıqların olmasına yol verilir. 2-3 % başqa toxum qarışığı ola bilər. Zibil 
qarışıqlarının 5-8 %-dən çox olmasına yol verilmir. Əgər toxumda zibillik dərəcəsi Dövlət 
Standartında göstəriləndən artıq olarsa, onda laboratoriya toxumların təmizlənməsinə dair 
göstəriş verir. 
Cücərmə qabiliyyəti.
 
Toxumların cücərmə 
qabiliyyəti, hər bitki toxumu üçün müəyyən 
edilmiş 
müddətdə 
normal 
cücərti 
verən 
toxumların sayının, götürülmüş toxum sayına 
nisbətinin fizlə ifadəsidir. Cücərmə qabiliyyəti 
toxumların keyfiyyətini göstərən əlamətlər 
içərisində ən mühüm göstəricidir. Çünki, cücərmə 
qabiliyyətinə görə səpin norması təyin edilir. 
Yüksək cücərmə qabiliyyətinə malik olan 
toxumlarla səpin apardıqda sahədə tez və normal 
cücərti alınır (Şəkil 2.3).

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin