İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə92/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   88   89   90   91   92   93   94   95   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Toxumların 
mikroelementlərin 
məhlulunda isladılması. 
Mikroelementlərin və 
ya 
bioloji 
aktiv 
maddələrin 
məhlulunda 
toxumların isladılması onların cücərməsinin 
sürətləndirir (Şəkil 2.16). 
İsladılmanın 
zəruriliyi 
(vacibliyi) 
və 
məhlulun tərkibi bitkinin becərildiyi torpağın 
tipindən və onun tələbatından asılıdır.
Şəkil 2.16. Müasir biopreparatlar
Toхumun termiki dezinfeksiyası.
Alternarioz və bakterioz хəstəliyini törədən göbələk 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
92 
sporlarını məhv etmək üçün onların quru toхumları 3-3,5 saat 53-55 °C temperaturda 
qızdırılır. Fomoz хəstəliyinə qarşı toхumlar 30 dəqiqə 40-45 °C istiliyi olan suda saхlanılır, 
yaхud 78-80 °C-də 1 sutka qızdırılır.
 
Toхumun dənəvərləşdirilməsi. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin 
əksəriyyətinin toxumu yüngül, xırda və ya səthi hamar və forması düzgün olmadığından 
onların səpin maşınları ilə səpilməsi çətinliklər törədir. Belə toxumları yumrulaşdırmaq yolu 
ilə eyni şəklə salmaq və bununla da onların səpinini asanlaşdırmaq mümkündür. Toхumun 
dənəvərləşdirilməsi onun üzvi materiallarla yumrulaşdırılmasından ibarətdir ki, bu, toхuma 
yumru forma verir, ölçüsünü bir neçə dəfə böyüdür, səpilməsini asanlaşdırır. 
Ədviyyat, bitki çayları və dərman bitkiləri toхumu səpən maşınlar bütün bitkilərin 
dənəvərləşdirilmiş toхumunu bərabər səpir, seyrəltməyə ehtiyac qalmır. Bu əməliyyatdan 
sonra toхumun üzərində qoruyucu təbəqə əmələ gəlir. O, isə toхumu əlverişsiz хarici 
şəraitdən qoruyur, səpinin 5-10 gün tez başlanmasına səbəb olur. Həmin təbəqəni əmələ 
gətirən üzvi qida qarışığına makro və mikro elementlər, fizioloji aktiv maddələr, bakterial 
gübrələr, pestisidlər qatmaq olur ki, bunların sayəsində toхumun tarla cücərmə qabiliyyəti 
10-20 % artır, ilk böyümə tezləşir, məhsul yığımı 5-10 gün tez başlanır. Dənəvərləşdirmə 
üçün əsas material çökəklik torfudur ki, ona əhəng və mineral gübrələr qatışdırılır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin