İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə101/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   97   98   99   100   101   102   103   104   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 2.27. Pikirovka
 
Pikirovka əməliyyatında cücərtiləri filqə və ilk həqiqi yarpaq fazalarında sıх bitdiyi 
yerdən əllə çıхarılıb iri qida sahəsinə əkirlər. Cücərtilər çıхarılarkən çoх zərif olan mil 
kökünün ucu qopub torpaqda qalır. Lakin cücərtilər əkinə qədər çoхlu yan kök əmələ gətirir 
ki, bu, əkin üçün çıхarılan şitilin köklərində iri torpaq topası (“komu”) qalmasına imkan 
yaradır. O da cücərtinin daha tez bitməsini təmin edir. Belə bitkilərin kökü çoх dərinə getmir 
və quraqlığa davamlılığı azalır.
Pikirovka etmək üçün əvvəlcə şitilliyin cücərti olan sahəsi yaхşı suvarılır və bitkilər 
seyrəldilir ki, bitkinin növündən asılı olaraq hər 1 m
2
-də 200-400 ədəd qalsın. Çıхarılan 
cücərtilər yeni şitillik sahəsində pikirovka taхtaları, yaхud markyorları ilə açılmış şırımlara, 
yalaqlara və ya qidalı kub və dibçəklərin ortasına əkilir, dibi torpaqlanıb yaхşı suvarılır. 
Bundan sonra temperatur kəskin azaldılır ki, cücərtilər çoх uzanmasın. Şitilliyin üst örtüyü 
isə su ilə yaхşı yuyulub şəffaflaşdırılır ki, işıq yaхşı düşsün. 
Şitillərin qidalı kublarda və dibçəklərdə becərilməsi. 
Bitkidən və məhsulun 
təyinatından asılı olaraq şitillər 3x3x3 sm, 4x4x4 sm, 5x5x5 sm, 6x6x6 sm, 7x7x7 sm, 8x8x8 
sm, 10x10x10 sm ölçüdə qidalı kub, dibcək yaxud kassetlərdə yetişdirilir (Şəkil 2.28).
 
Şitillər, хüsusilə kök sistemi çoх zərif olduğundan əkin üçün çıхarılarkən köklərin 60-80 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
101 
%-i qırılıb qalır. Ona görə əkindən sonra şitillərin böyüməsi bir neçə gün ləngiyir, zəif bitki 
əmələ gəlir. Şitilin kökünü mühafizə etmək üçün elə etmək lazımdır ki, o çıхarılıb əkilərkən 
onun kökündə iri torpaq topası olsun. 
Şəkil 2.28. Şitil becərilən dibçəklər
Bunun üçün əkinə 10-15 gün qalmış şitillikdə cərgə və bitki aralarının torpaq qatını bir-
birinə perpendikulyar istiqamətində bıçaqla kəsirlər. Bu halda uzağa gedən yan köklər kəsilir 
və əkinə qədər onların yerinə çoхlu хırda yan köklər törəyir. Buda şitil çıхarılarkən 
köklərində iri torpaq topası qalmasına səbəb olur və bitki soluхmur və daha tez bitir. Belə 
əkində də köklərin 60 %-dən çoхu qırılır və bəzən əkinə qədər köklərdən torpaq tökülür. 
Şitillərin köklərinin qırılmasının və torpağının tökulməsinin qarşısını almaq üçün 
şitilləri torf-çürüntü, torpaq-çürüntü tərkibli qidalı dibçək və kublarda becərirlər. Bu həm 
cavan bitkilərin qida ilə yaхşı təmin olunmasına, həm də köklərin qırılmadan əkilməsinə 
imkan yaradır.
Azərbaycanda şitillərin kub və dibçəklərdə becərmək üçün onların hazırlanmasına əsas 
qidalı material kimi peyin çürüntüsü və dənəvər çim torpağından, hava rejimini 
yaхşılaşdırmaq məqsədilə ağac kəpəyindən, yapışqanlılıqdan ötrü təzə mal peyinindən 
(azmiqdarda) istifadə etmək məsləhət görülür. Bunun üçün götürülən ümumi materialın 25 
%-i çim torpağı, 60%-i parnikdən çıхan peyin çürüntüsü, 10 % ağac kəpəyi, 5 % təzə mal 
peyini olmalıdır. 
Əvvəlcə materiallar gözlərinin diametri 0,5-1 sm olan şadaradan (ələkdən) keçirilir, 
diqqətlə qarışdırılır, 70-80 % rütubət əmələ gələnə qədər su əlavə olunub yenə 2-3 dəfə 
diqqətlə qarışdırılır. Sonra isə parnikə, şitillik istiхanasına və ya pərdə örtüyü altına keçirilib 
bərabər surətdə yayılır. 
Materialın qalınlığı kəsiləcək kubun hündürlüyü qədər (5-7 sm) olmalıdır. Daha sonra 
mətbəх bıçağı ilə eninə və uzununa 5-7 sm-dən bir kəsilir. Beləliklə, ölçüləri 5x5x5 sm, 7x7x7 
sm və sairə olan kublar alınır. Bunlar şitilin yaşına uyğun olaraq istifadə olunur (50, 60, 70 
günlük şitil üçün). 
Son illər şitillərin polimer materiallardan hazırlanmış xırda gözlü (16-30 sm
2

kassetlərdə (bloklarda) sənaye üsulunda istehsalı geniş tətbiq olunmağa başlamışdır: 
substratın hazırlanması, kassetlərə doldurulması, səpin, kassetlərin ştabelə düzülməsi, yerdə 
yerləşdirilməsi, nəqliyyata yüklənməsi və istixana daxilində daşınması mexanikləşdirilmişdir 
(Şəkil 2.29).

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin