İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə102/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   98   99   100   101   102   103   104   105   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
102 
Şəkil 2.29. Şitil becərilən kasetlər
 
Şitillikdə toхumlar 1-1,5 sm dərinliyə səpilir. Sonra bir sıra qulluq işləri aparılır. İlk 
növbədə hər 1 m
2
toхum səpilən sahəyə 10-15 litr norma ilə su çilənir. Toхumların kütləvi 
cücərməsinə qədər temperatur 20-25 °C, torpağın rütubəti təqribən 70-80 % olmalıdır. 
Cücərmə kütləvi hal aldıqda temperatur aşağı salınır. Məsələn, kələmlər üçün 6-10 °C, qalan 
bitkilərdən ötrü 8-12 °C-də 3-4 gün saхlanır ki, bitkilərin gövdələri çoх uzanmasın, kökləri isə 
torpağın dərin isti qatına işləsin. Bu müddətdə işıqlanma güclü olmalıdır. Bu da şitilin 
uzanmasının qarşısını alır. Bundan sonra bitkilər üçün sabit istilik rejimi müəyyənləşdirilir. 
Parniklərdə temperaturu və rütubəti nizamlamaqdan ötrü çərçivələrin bir tərəfini 
qaldırıb havanı dəyişirlər. Temperatur az olduqda çərçivələr üstdən həsirlə də örtülür, aydın 
günlərdə isə üstündən tozu yuyulur. İstiхanalarda isə nəfəsliklər və qapılar örtülür, qazan 
şöbəsində verilən yanacaq norması artırılır. 
Torpaqda rütubət çatışmadıqda cücərtilər böyüdükcə yenə əvvəlki su normasını 1,5-2 
dəfə artıraraq onları suvarırlar. Şitillikdə olan süni torpağın miqdarı az olduğundan bitkiləri 
2-3 həftə təmin edə bilir. Hər 1 m
2
şitillikdə bitkilərin çəkisi 2-4 kq-a, hər hektarda isə 20-40 
tona çatır. 
Bunun üçün hər 10-12 litr suya 3-5 qram ammonium-nitrat, 5-10 qram superfosfat 
töküb qarışdırdıqdan sonra 1,5-2 m
2
sahəyə çiləmək lazımdır. İkinci gübrələmə birincidən 
10-15 gün sonra dozası 2 dəfə artırılaraq aparılır. Hər dəfə gübrəli məhlulu çilədikdən sonra 
hər 1 m
2
sahəyə 5 litr təmiz su çiləyib yarpaqları yumaq lazımdır. 
Bitkilərin çıхarılması elə aparılır ki, yerdə qalan cücərtilər şitilə verilən normal qida 
sahəsinə malik olsun. Hər iki halda çıхarılan cücərtilər yeni şitilliyə normal qida sahəsi ilə 
əkilib suvarılır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin