İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə110/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   106   107   108   109   110   111   112   113   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
 
 
 
 
 
 



ƏDVİYYAT, BİTKİ
ÇAYLARI VƏ DƏRMAN
BİTKİLƏRİNİN ƏKİNİ


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
112 
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
 
Əziz tələbələr! Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb, yüksək məhsul verməsi 
üçün onlar lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə 
su və qida maddələrinə olan tələbi əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna 
malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə qida 
maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun 
yaxşılaşdırılması isə torpağın becərilməsi ilə həyata keçirilir. 
Torpağın becərilməsi onun su, hava, istilik və qida rejimlərini istiqamətli dəyişməklə, 
istifadə edilən maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki təsirdən 
ibarətdir.
Əziz tələbələr! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin 
əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin 
ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış 
olacaqsınız. 
 
Tədris nəticəsinin təsviri
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas və 
səpinqabağı torpaq becərmələri haqqında məlumat əldə edəcəksiniz; 

Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində növbəli 
əkinin və vegetasiya becərmələrinin tətbiqi qaydalarını biləcəksiniz; 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin optimal səpin müddətləri və səpin 
üsullarını müəyyən edə biləcəksiniz

Bitkilərinin bitki sıxlığı, səmərəli qida sahəsi, əkində yerləşdirmə üsulları və səpin 
(əkin) sхemlərini müəyyənləşdirəcəksiniz; 

Ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində ümumi qulluq işlərini tətbiq 
edə biləcəksiniz. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin