İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə111/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   107   108   109   110   111   112   113   114   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Məqsəd: 
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində 
aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin ədviyyat, bitki 
çayları və dərman bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış olacaqsınız. 
Oxumadan öcndə araşdırın: 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas, səpinqabağı 
və vegetasiya torpaq becərmələrini, tətbiq edilən ümumi qulluq işlərini digər bitki 
qruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir?


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
113 
3.1. Bitki əkin prosesləri və əkin sistemləri 
Əkin.
Əkin bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər 
paylanması olmaqla bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm 
aqrotexniki üsuldur. 
Əkin hər hansı kənd təsərrüfatı bitkisinin məhsuldarlığı səpin müddəti 
və üsulunun düzgün seçilməsindən, toxumun basdırılma dərinliyi və optimal səpin 
normasından əhəmiyyətli dərəcədə asılıdır. Artırılmış yaxud azaldılmış səpin norması, 
vaxtından əvvəl yaxud ləngimiş səpin, optimal səpin üsulu və toxumun basdırılma dərinliyinə 
riayət etməmək istər-istəməz məhsulun və onun keyfiyyətinin aşağı düşməsinə gətirib 
çıxarır. 
3.2. Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində aparılan əsas, 
səpinqabağı və vegetasiya torpaq becərmələri 
Əsas torpaq becərmələri.
Torpağın əkin qatının çevrilməsi və yumşaldılması ilə 
bərabər gübrələrin, bitki qalıqlarının və köklərinin torpağın alt qatına çevrilməsi prosesi 
torpağın əsas becərilməsi (şumlama) adlanır. 
Torpağın əsas becərməsinə
Torpağın çevrilməsi
Xırdalanması
Yumşaldılması
Qarışdırılması
Sıxlaşdırılması
Səthin düzəldilməsi
Alaqların kəsilməsi
Torpaq səthində bitki qalıqlarının 
saxlanması
Şırım və tirələrin düzəldilməsi və 
sairə daxildir



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin