İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə112/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   108   109   110   111   112   113   114   115   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
114 
 
Torpağın çevrilməsi
onun üst və alt qatlarının yerlərinin 
dəyişməsidir. Bu əməliyyat kotan vasitəsilə həyata keçirilir. 
Vegetasiya müddətində torpağın ayrı-ayrı qatları müxtəlif 
dəyişikliklərə məruz qalır. Əsasən torpağın üst qatı çox 
bərkiyir, tozlanır, alaq toxumları ilə daha çox zibillənir, alt qat 
isə əlverişli strukturaya və artıq nəmliyə malik olur.
 
Torpağın xırdalanması
zamanı iri kəltənlər xırda hissəciklərə
parçalanır və eyni zamanda yumşaldılır. Xırdalama həm 
torpağın əkin qatında, həm də ayrı-ayrı qatlarda su-hava 
rejimini yaxşılaşdırır. Xırdalama müxtəlif formada laydırı olan 
kotanlar, diskli malalar, frezerlər və sairə vasitəsi ilə aparılır.
 
Torpağın 
yumşaldılması
onun 
su-hava 
rejimini 
yaxşılaşdırmaq üçün lazımdır. Yumşaldılmış torpaqlarda 
havalanma yaxşı getdiyinə görə mikroorqanizmlərin fəaliyyəti 
güclənir, bioloji proseslər fəallaşır və bitkilər tərəfindən 
mənimsənilə bilən qida maddələrinin miqdarı artır. Torpağın 
yumşaldılması, laydırlı və diskli kotanlardan, müxtəlif markalı 
malalardan, kultivatorlardan, üzləyicilərdən və digər alətlərdən 
istifadə etməklə yerinə yetirilir.
 
Torpağın qarışdırılması
eyni cür əkin qatı yaratmaq və ya hər hansı
maddəni əkin 
qatında bərabər paylamaq lazım olduğu halda aparılır. 
Torpağa üzvi və mineral gübrələr, habelə əhəng, gips və sairə verdikdə onu mütləq 
qarışdırmaq lazım gəlir. 
Torpağın qarışdırılması ön kotancığı olmayan kotanlar, diskli üzləyicilər, kəsəkli diskləri 
olan ağır malalar və sairə vasitəsilə yerinə yetirilir. 
Sıxlaşdırma
 
çox yumşaq torpaqlarda, toxum ilə torpaq arasında əlaqə yaratmaq və 
torpağın küləklə sovrulmasının qarşısını almaq üçün aparılır.
Xırda toxumlu bitkilər üçün torpağın səpinqabağı kipləşdirilməsi, toxumların normal 
dərinliyə basdırılmasına və onların torpaqla təmasda olmasına əlverişli şərait yaradır. 
Torpağın sıxlaşdırılması müxtəlif cür səthə, ölçüyə və çəkiyə malik olan vərdənələr 
vasitəsilə aparılır. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin