Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
109
Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu
işarələyin:
Doğru
Yanlış
Sual 1.
Ana bitkidən ayrılmadan kökləndirilən bitkiyə basma deyilir.
Sual 2.
Kök pöhrəsi əmələ gətirən bitkilər toxum vasitəsilə çoxaldılır.
Sual 3.
Toxum tərəvəz istehsal etmək üçün yeganə vasitədir
.
Sual 4.
Standarta əsasən toxumun tərkibində 1 % zibil qatışığı ola
bilər.
Sual 5.
Aşağı cücərmə qabiliyyəti olan toxumlar hermetik
qablaşdırılanda gec xarab olurlar.
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6.
Saxlanma temperaturu aşağı olduqca, saxlanan toxumların .................................. bir o
qədər yüksək ola bilər.
Sual 7.
Toxumların iriliyi və ölçüsü cücərməni və bitkilərin .................................. təyin edir.
Dostları ilə paylaş: