Torpağın səthinin hamarlanması
toxumları bərabər dərinliyə basdırmaq, suyun
sahədə bərabar paylanmasını təmin etmək, vegetasiya müddətində bitkilərə daha yaxşı
qulluq etmək və sairə üçün əlverişli şərait yaratmaq məqsədilə aparılır.
Səthi hamar olan sahələrdə torpağın istiliyi, hamar olmayan sahələrə nisbətən artıq olur.
Torpaq səthinin əsaslı hamarlanması buldozer və qreyderlərdən, cari hamarlama isə
malalardan, kultivatorlardan, vərdənələrdən istifadə etməklə yerinə yetirilir.
Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
115
Alaq bitkilərinin kəsilməsi
adətən torpağın çevrilməsi,
qarışdırılması , yumşaldılması və sairə prosesləri ilə eyni
vaxtda yerinə yetirilir.
Torpaq səthində bitki qalıqlarının saxlanması,
eroziya prosesi baş verən ərazilərdə
aparılan əsas becərmə üsuludur. Torpaq səthində saxlanılan bitki qalıqları xırda torpaq
hissəciklərinin küləklə sovrulmasının və su ilə yuyulmasının qarşısını alır. Torpaq səthində
bitki qalıqlarının saxlanılması xüsusi yastıkəsən alətlərdən istifadə etməklə yerinə yetirilir.
Tirələrin, ləklərin, şırımların, yuvaların
və sairə
düzəldilməsi torpağın istilik və su rejimlərini nizamlamaq
məqsədilə, təbii şəraitə uyğun olaraq aparılan xüsusi tədbirlər
qrupuna aiddir.
Artıq nəmliyi olan torpaqlarda istiliyi və nəmliyi nizamlamaq məqsədilə tirələr, şırımlar,
ləklər düzəldilir. Bəzi məlumatlara görə tirələrdə istilik, səthi hamar olan sahələrə nisbətən 2-
3 °C artıq olur. Nəmliyi az olan bölgələrdə, atmosfer çöküntülərinin torpaqda toplanmasını
təmin etmək üçün şırımlardan, yuvalardan və sairə istifadə olunur. Nəmliyə daha çox tələbkar
olan tərəvəz bitkiləri əkini üçün ləklər düzəldilir.
Becərilən bitkilərin bioloji xüsusiyyətlərindən və torpağın tipindən asılı olaraq,
mikrorelyef yaratmaq üçün üzərinə xüsusi alətlər qoşulmuş kotanlardan, tirə və ləkdüzəldən,
şırımaçan, yuvaaçan və sairə alətlərdən istifadə edilir.
Torpağın səpinqabağı becərilməsi üsulları və qaydaları:
Torpağın əsas becərilməsindən səpinə qədər olan müddətdə, müəyyən ardıcıllıqla yerinə
yetirilən becərmə üsullarının cəmi torpağın səpinqabağı becərilməsi adlanır.
Torpağın səpinqabağı becərilməsi aşağıdakı əsas vəzifələri yerinə yetirir:
Əkin qatından nəmliyin itirilməsinin qarşısının alınması, mikrobioloji proseslərin
gücləndirilməsi və qida rejiminin yaxşılaşdırılması üçün hamar səthli yumşaq torpaq
qatı yaratmaq;
Alaq bitkilərini məhv etmək və onların səpindən sonra cücərməsinin qarşısını almaq;
Toxumu istənilən dərinliyə basdırmaqla keyfiyyətli səpin aparmaq;
Üzləmə - erkən şumlanan və səpinqabağı alaq basmış və çox kipləşmiş sahələrdə
aparılır.
Üzləmə zamanı torpaq yumşaldılır, qismən çevrilir, qarışdırılır və alaq bitkilərinin
yeraltı hissəsi kəsilir.
Vəzifələrin yerinə yetirilməsi
üçün
Üzləmə, kultivasiya, malalama,
şaxmala çəkilməsi, tapanlama
və sairə üsulları ilə həyata
keçirilir.
|