Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
123
2. Kvadrat-yuva üsulunda:
𝐐 =
𝐂 ∗ 𝐁
𝐒
Burada:
S - Bir yuvada bitkilәrin sayı.
3. Lеnt üsulunda:
𝐐 =
𝐋 + 𝐂(𝐧 − 𝟏)
𝐧
∗ 𝑩
Burada:
L - Lеntlәr arası mәsafә, metr;
C - Lеntdә cərgə arası mәsafә, metr;
B - Cərgədә bitki ilә bitki arası, metr;
n - Lеntdә cərgəlәrin sayı.
Misal 1.
Cərgəvi üsulda və 70x 50 sm əkin sxemində bir bitkinin qida sahəsini (cərgəarası x
bitkiarası) hesablayaq.
𝐐 = 𝟕𝟎 ∗ 𝟓𝟎 = 𝟑𝟓𝟎𝟎𝐦
𝟐
= 𝟎. 𝟑𝟓 𝐦
𝟐
Qida sahəsinə uyğun olaraq bir hektarda (10 000 m
2
) bitki sıxlığı müəyyən olunur.
𝐍
𝐛𝐢𝐭𝐤𝐢
=
𝟏𝟎𝟎𝟎𝟎
𝟎. 𝟑𝟓
= 𝟐𝟖𝟓𝟕𝟏 𝒃𝒊𝒕𝒌𝒊
Bitkini kvadrat üsulla becərdikdə qida sahəsi və bitki sıxlığı eyni qayda ilə hesablanır.
Misal 2.
Lentarası məsafə 40 sm, cərgə arası 10 sm, cərgədə bitki arası 7 sm, lentdə cərgələrin
sayı 3 ədəd olduqda ((40+10):3x7sm), lent üsulunda becərilən bir ədəd kök bitkisinin qida
sahəsini hesablayaq.
𝐐 =
𝟎. 𝟒 + 𝟎. 𝟏(𝟑 − 𝟏)
𝟑
∗ 𝟎. 𝟕 = 𝟎. 𝟏𝟒 𝐦
𝟐
Kök bitkisinin bir hektarda bitki sıxlığı
𝐍
𝐛𝐢𝐭𝐤𝐢
=
𝟏𝟎𝟎𝟎𝟎
𝟎. 𝟏𝟒
= 𝟕𝟏𝟒𝟑 ə𝒅ə𝒅 𝒃𝒊𝒕𝒌𝒊 𝒐𝒍𝒂𝒄𝒂𝒒 .
3.4. Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində ümumi qulluq işləri
Ədviyyat, bitki çayları və dərman bitkilərinin normal inkişaf edib məhsul verməsi üçün
toxumu səpdikdən və ya şitili əkdikdən sonra 20-dən artıq qulluq növü tətbiq olunur. Tətbiq
olunan qulluq işlərinin sayı, qaydası bitkilərin növ və sortlarından, bölgənin iqlim-torpaq
şəraitindən, bitkinin becərilməsində olan məqsəddən, açıq və örtülü sahə qurğularında
becərmədən asılı olaraq dəqiqləşdirilir.
Ümumi qulluq işlərinə bitkilərin şaxtadan qorunması, suvarma, mulçalama, alaqlarla
mübarizə, seyrəltmə, cərgə və bitki aralarında qaysağın dağıdılması və torpağın
|