İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə119/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   115   116   117   118   119   120   121   122   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
 
3.3.2. Ədviyyat, bitki çayları və dərman bitkilərinin səpin (əkin) sхemləri, səmərəli 
qida sahəsi, bitki sıxlığı və əkində yerləşdirmə üsulları
Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsuldarlığının artırılması, digər 
şərtlərlə yanaşı onlara normal qida sahəsi verməklə, sahədə düzgün yerləşdirməkdən asılıdır. 
Qida sahəsi - bir bitkiyә düşәn torpaq saһәsi nәzәrdә tutulur ki, bu da gеniş mәnada 
bitkinin kök sistеmi vә yеrüstü һissәsinin torpaqda vә fәzada tutduğu һәcmdәn ibarәtdir. 
Normal qida sahəsinə malik olan bitkilər yaşayış amillərindən səmərəli istifadə edərək, 
yaxşı inkişaf edir və yüksək məhsul verirlər.
Ədviyyat, bitki çayları və dərman bitkiləri, bioloji xüsusiyyətlərindən asılı olaraq qida 
sahəsinə müxtəlif tələbat göstərirlər. Hətta eyni bitkinin ayrı-ayrı sortları üçün müxtəlif qida 
sahəsi tələb olunur. Bundan başqa, torpağın münbitlik dərəcəsindən və tətbiq olunan 
aqrotexikadan asılı olaraq, bitkilər qida sahəsinə fərqli tələbat göstərirlər. Ona görə də, 
ərazinin torpaq tipindən və becərmə texnologiyasından asılı olaraq, bitkilərin normal qida 
sahəsi müəyyən edilməlidir. 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
121 
Torpaq münbit olduqda vә suvarma 
şәraitindә qida saһәsi azaldılaraq bitkilәr daһa sıх 
әkilir. Yarpağı ədviyyat bitkiləri boyca çox xırda 
olmaqla əkində çox sıx yerləşir. Onların yarpaq 
qrupu tam inkişaf etdikdə əkinləri çəmənliyi 
xatırladır. Hektarda 3-5 milyon ədəd keşniş, 
şüyüd, acıtərə, səbzə soğan, 0,5-2 milyon. ispanaq, 
kahı bitkisi olur (Şəkil 3.4). 
Birillik yarpaqı ədviyyat bitkiləri Azərbaycan 
şəraitində çökək ləklərdə dağınıq səpilir (Şəkil 
3.5). Bu, suya olan tələbatı qismən ödəyir, çünki 
təknə formasında olan çökək ləklər suyun başqa 
yerə getməsinə imkan vermir. Onun hamısı 
ləkdəki bitkilərə sərf olunur. Ləklərdə dağınıq 
səpin mexanikləşməyə az imkan verdiyi üçün düz 
səthdə həmin sıxlığa yaxınlaşmaq üçün və 
müəyyən qədər mexanikləşmə tətbiq etmək üçün 
onları cərgə şəkilində səpirlər (Şəkil 3.6). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin