Başdan-başa (kütləvi) - təsir edən herbisidlər istifadə edildiyi
ərazidə bütün bitkiləri məhv edir. Ona görə, bu qrupa aid olan
herbisidlər əkin üçün istifadə olunmayan sahələrdə, bütün bitki
örtüyünü məhv etmək üçün tətbiq edilir.
Seçici (selektiv) - xarakterli herbisidlər ancaq bir qrup bitkilərə
təsir etdiyinə görə, əkin sahələrində həmin qrupa aid olan
alaqları məhv etmək məqsədilə tətbiq olunur. Bu zaman
herbisidlər mədəni bitkilərə mənfi təsir etmir.
Ədviyyat, bitki çayları və dərman bitkiləri becərilən sahələrdə vegetasiya dövründə
herbisidlərdən istifadə edilmir. Bu bitkiləri alaqlardan qorumaq üçün qabaqlayıcı
tədbirlərdən və səpinqabağı torpaq becərmələrindən istifadə edilir. Cücərtilər yeni əmələ
gələn dövrdə, eləcə də kultivasiyadan sonra cərgələrdə və bitkilərin dibində olan alaqlar əllə,
alakeşlə, qismən toxa və bellə məhv edilir.
Başdan-başa (kütləvi) təsir mexanizminə malik olan herbisid
Oraqan Forte alaq otlarının
fəal boyatma dövründə preparatın məsarif norması 1,5-3,5 litr/ha, işçi məhlulun məsarif
norması isə 200-300 litr/ha olmaqla çilənir.
Üstünlüyü - təsiredici maddəsi qlifosat (kalium duzu) olan herbisid ən çətin alaqları
(südotu, ayrıqotu, çayır, sarmaşıq) məhv edir. Herbisid çilənmiş tarla daha az
erroziyaya məruz qalır və daha çox tutumuna malik olur;
Təsir mexanizmi - preparat 2-3 saat ərzində bitkinin daxilinə keçir, alaqların məhv
olmasının vizual (gözlə görünən) əlaməti 7-10 gündən sonra, tam məhv olmasına 2-3
həftədən sonra rast gəlinir;
Tətbiqi xüsusiyyətləri - maksimum səmərə almaq üçün əlverişli hava şəraitində,
alaq otlarının fəal vegetasiyasında - çoxillik alaqlar 4-5 yarpaq, 10-10 sm
hündürlükdə; birillik dənli-taxıllar fəsiləsindən olan alaqların yarpağı minimum (ən