İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
128
azalması, mədəni bitkilərin inkişafı üçün tələb olunan şəraitin pisləşməsi ilə əlaqədardır. Yəni
alaqlar mədəni bitkilərə nisbətən tez və güclü inkişaf edərək onları işıqdan, sudan və qida
maddələrindən məhrum edirlər. Xüsusilə ilk inkişaf mərhələsində zəif inkişaf edən mədəni
bitkilər alaqlar tərəfindən daha çox sıxışdırılırlar. Nəticədə kölgədə qalan ədviyyat, bitki
çayları və dərman bitkilərinin boyu çox uzanır və yatmaya meyilli olurlar. Razyana və cəfəri
kimi ədviyyat, bitki çayları və dərman bitkilərinin toxumu çox gec cücərdiyindən və körpə
bitkilər ləng inkişaf etdiyindən sürətlə böyüyən sıx alaq otları torpaqda olan suyu, qidanı alır
və onları kölgələndirib sıradan çıxarır.
Ədviyyat, bitki çayları və dərman bitkiləri münbit və yumşaq torpaqlarda becərildiyinə
və peyindən daha çox istifadə edildiyinə görə ədviyyat, bitki çayları və dərman bitkilərinin
əkinlərində 30 fəsiləyə aid 100-ə qədər alaq növünə təsadüf edilir. Həmçinin torpaq ardıcıl
olaraq yumşaldığına görə, həmin sahələrdə ən çox azillik alaq bitkilərindən cincilim, iran
bulaqotu, unluca, aptek şahtərəsi, quş əppəyi, bostan südotu, göyümtul qıllıca, baxça
pərpərəni, sərilən dəmirtikan, qızıl sarmaşıq daha çox inkişaf edir (Şəkil 3.8). Çoxillik
alaqlardan bağayarpağı, yabanı nanə, südləyən, çayır, kalış nisbətən geniş yayılır. Onu da qeyd
edək ki, şəkildə təsvir edilən alaq bitkiləri (cincilim, unluca, adi qızıl pencər) bəzi hallarda
ayrıca sahədə mədəni bitki kimi becərilir.
Alaq bitkiləri əkin sahələrində aparılan aqrotexniki tədbirlərin, o cümlədən cərgəarası
becərmələrin keyfiyyətini aşağı salır, suvarma və yemləmələrin səmərəliliyini azaldır. Alaqlar
mədəni bitkilərin növ və sort keyfiyyətinə də təsir edir.
Alaq bitkilərinə qarşı mübarizə profilaktiki və qırıcı tədbirlər aparmaqla həyata keçirilir.
Profilaktiki tədbirlər alaqların yayılmasının qarşısını alan karantin və qabaqlayıcı
tədbirlərdən ibarətdir. Qırıcı tədbirlər isə aqrotexniki (mexaniki), fiziki, kimyəvi və bioloji
üsullarla aparılır.
Dostları ilə paylaş: