Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
125
3.4.1. Dibdoldurma
Cərgəaralarının torpağını cərgələr boyu bitkilərin dibinə toplanması
dibdoldurma
adlanır.
Bu əməliyyatın böyük əhəmiyyəti vardır:
Bitkinin dibini doldurduqda onların gövdəsinin daha yuxarı hissələrindən köklər
əmələ gəlir. Bu, bitkinin kök sistemini artırdığından, onun qidalanmasını, su ilə
təminatını gücləndirir, məhsuldarlığını 10-20 % və daha çox yüksəldir. Dibdoldurma
gövdədən kökverən bitkilərdə daha effektlidir.
Dibdoldurma bitkilərdə dayaq rolunu oynayır. Onların dik durmasına, yaxşı
işıqlanmasına və havalanmasına səbəb olur, bitkilər yerə yatıb çürümür.
Dibdoldurma zamanı torpaq yumşaldılır, havalanma yaxşılaşır, alaqlar qismən məhv
olur, torpağın üst münbit qatı bitkinin dibinə toplanır və torpaqdan səmərəli istifadə
olunur.
Dibdoldurmanı əl alətləri ilə, xüsusən bel və toxa ilə, həmçinin dibdolduran
kultivatorlarlada aparmaq mümkündür.
3.4.2. Mulçalama və onun əhəmiyyəti
Torpaq səthinin müxtəlif materiallarla örtülməsi mulçalama adlanır. Burada məqsəd
torpağın səthində örtük qatı yaratmaq və buxarlanmanın qarşısını almaqdır.
Mulçalamanın üstünlükləri:
Torpağın strukturunu yaxşılaşdırır və torpaqdan mineral maddələrin yuyulmasının
qarşısını alır;
Torpağı qurumaqdan qoruyur (nəmliyi saxlayır);
Torpağın hərarətini (istiliyini) sabitləşdirir;
Alaq otlarının qarşısını alır;
Üzvi materialdan olan mulça torpağı gübrələyir, torpağın tərkibində humusun
miqdarını artırır.
Mulçalama üçün yararlı materiallar:
Çürümüş peyin və kompost
(ola bilsin ki, yetişməmiş)
mulçalama üçün, xüsusilə də humusu intensiv mənimsəyən
bitkilər üçün ən yaxşı material lardan biridir;
Dostları ilə paylaş: