İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə124/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   120   121   122   123   124   125   126   127   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

 
Biçin qalıqları
(saman, çiyid qabığı, yığılmış bitkilərin gövdə 
və qalıqları) əla mulçadır. Xəstə bitki qalıqları diqqətlə 
seçilməlidir. Paxlalı bitkilərin qalıqları xüsusilə yaxşıdır;
 


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
126 
Ağac kəpəyi
ən çox istifadə edilən mulça olmaqla, açıq rəngli 
olduğu üçün torpağın çox qızmasına imkan vermir və bitkilər 
üçün sərinlik şəraiti yaradır. Bu materiallar cərgəarasına və 
bitkilərin dibinə eyni qaydada yayılmalı və torpaq səthində 
qalınlığı 3-5 sm olmalıdır. eyni zamanda belə materiallar işlənib 
torpağa qatılır və üzvi gübrə kimi münbitliyi artır. Lakin böyük 
sahələrə vermək üçün çoxlu miqdar üzvi qalıq tələb olunur.
 
Təzə biçilmiş ot -
bir az solmalıdır ki, çürümə prosesi və ya 
göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısı alınsın. Təzə 
biçilmiş otla yağmurlu hava şəraitində mulçalama aparmaq 
olmaz. Biçilən bitkilər toxumsuz olmalıdır.
 
Xəzəl -
əvvəlki bəndin xəbərdarlığını yaddan çıxarmayın. 
Bundan əlavə, bu materialla küləkli havada və ya küləkli 
sahədə, 
ümumiyyətlə, 
mulçalamanın 
aparılması 
əhəmiyyətsizdir. Lakin ən başlıcası, əksər bitkilərin yarpağı 
torpaqda turşuluğu artırır. 
 
Tərkibində digər bitki və mikroorqanizmlər üçün toksiki 
maddələr olan bitkilərin (söyüd gülü, qara bəngotu, 
gənəgərçək) və ya fıtonsidlərin (evkalipt, dəfnə, şabalıd, ardıc, 
akasiya, yunan qozu, sərv ağacı) yarpaqları ilə mulçalama 
aparmaq olmaz;
 
Qara sellofan -
torpağı gübrələmir və ən başlıcası, baha başa 
gəlir (sellofan bir ildən sonra çatlayır və cırılır).
 
Mulçalamanın altı əsas qaydası: 

Mulçalamadan əvvəl torpağı yumşaltmaq lazımdır; 

Biçin qalıqları, kəsilmiş budaqlar və digər oxşar material ilə mulçalama aparmadan 
əvvəl onları bir qədər xırdalamaq lazımdır. Qalıqlar nə qədər xırda olsa, o qədər tez 
çürüyüb torpağı gübrələyər; 

Yaşıl material ilə mulçalama zamanı onu nazik layla və tez-tez yeniləşdirərək istifadə 
etmək lazımdır; 

Quru material ilə quraq iqlim şəraitində mulçalama zamanı (onu qalın layla döşəmək 
olar) onu nəmləndirmək (daha yaxşı olar ki, maye gübrələrlə) lazımdır;

Tədbiri həyata keçirərkən mədəni bitkinin mulça altında qalmamasına diqqət yetirin; 

Mulçanın tərkibində alaq otlarının toxumları, eləcə də zərərverici, xəstəliklər və 
toksiki maddələr olmamalıdır. 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin