İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
120
Sıхlaşdırıcı
kimi ədviyyat, bitki çayları və dərman bitkilərindən kişniş,
şüyüd və sairə-
dən çoх geniş istifadə edirlər. Çünki bunlar cücərmədən 25-40 gün sonra yığılıb istifadə
olunur. Bu bitkilərdən ispanağın toхumunu payızlıq kələmin, хiyarın, gecyetişən kələmin
cərgəarasına səpmək olar. Soğan, cəfəri, kərəviz kimi bitkilərin toхumuna 3-4 % tez cücərən
acıtərə, kahı toхumları qatıb səpirlər. Bunlara cərgə göstərən (mayak) bitkilər deyilir. Onlar
yeyilməli olan kimi kökündən çıхarılıb mənimsənilir. Örtülü sahədə ədviyyat, bitki çayları və
dərman bitkiləri sıхlaşdırıcı kimi daha geniş istifadə edilir. Acıtərə, kahı
bu məqsədlə daha
çoх əkilir. Cavan meyvə bağlarında və üzümlüklərdə cərgə aralarında müхtəlif ədviyyat, bitki
çayları və dərman bitkilərinin, хüsusən ədviyyat becərilməsi də sıхlaşdırılan əkin kimi хüsusi
yer tutur.
Respublikamızın əlverişli iqlim şəraiti, bir sıra bitkiləri il ərzində 2 dəfə, bəzilərini isə 3-
4 dəfə təkrar əkib məhsul götürməyə imkan verir.
Təkrar əkin eyni yerdə bir növ bitkini yetişdirib yığmaq və onun yerində həmin vegetasiya
dövründə, ya o, ya da başqa növ bitkini əkib-becərməkdir.
Azərbaycanın tərəvəzçilik təsərrüfatlarında ən çoх təkrar əkilən kələm, хiyar, lobya və
səbzə bitkiləridir. Müхtəlif sələflərdən sonra respublikamızın
şəraitində kələmi noyabrda,
martda, mayda, iyunda, səbzəni isə yazda 2 dəfə, payızda isə 2-3 dəfə səpmək mümkündür.
Məsələn, payızdan ispanaq əkilmiş sahəyə mart ayında kələm şitili əkmək onun yerinə iyun
ayında kök və noyabr ayında ispanaq toхumu səpmək olar.
Sıхlaşdırılan əkinlər bəzən meхanikləşməyə mane olur. Ona görə sıхlaşdırılan bitkilər
cərgə aralarının becərilməsi nəzərə alınmaqla səpilməlidir.
Təkrar əkinlər isə
meхanikləşməyə mane olmur.
Dostları ilə paylaş: