İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə117/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   113   114   115   116   117   118   119   120   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

rotasiya dövrü
deyilir. 
Sadə növbəli əkinlərdə rotasiya müddəti 
tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli 
əkinə dörd tarla ayrılarsa rotasiya müddəti 4 il, 
beş tarla ayrılarsa 5 il və sairə olacaqdır. 
Növbəli 
əkin 
tarlalarında 
bitkilərin 
yerləşdirilməsi, sələflərin düzgün seçilməsi 
əsasında aparılmalıdır.
Nəzərdə tutulmuş bitkilərin və 
ya heriyin növbəli əkin 
tarlalarında yerləşdirilməsi 
Növbəli əkin sxemi adlanır 
Tarlalar 
üzrə 
bitkilərin 
növbələşməsini 
göstərən 
cədvəl 
rotasiya cədvəli adlanır.
Rotasiya cədvəlinin köməyi ilə 
növbəli əkin dövriyyəsində istifadə 
edilən hər bir bitkinin hansı ildə, 
hansı tarlada yerləşdiyini müəyyən 
etmək olur.


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
119 
Hər hansı tarlada əvvəlki ildə əkilən bitki, sonrakı bitki üçün sələf adlanır. 
Əksər ədviyyat, bitki çayları və dərman bitkiləri torpaq münbitliyinə daha çox tələbkar 
olmaqla bərabər, həm də xəstəlik və zərərvericilərə tez yoluxurlar. Ona görə də, tərəvəz 
növbəli əkinlərində eyni xəstəlik və zərərvericilərlə sirayətlənən bitkilərin bir-birini əvəz 
etməsinə yol verilməməlidir. Bu səbəbdən də növbəli əkin tarlalarının sayı bitkilərin fəsilə, 
növ və sortundan, həmin bitkilərin məhsuluna olan tələbatdan asılıdır. 
Qeyd edilənləri nəzərə alaraq açıq sahədə ədviyyat, bitki çayları və dərman bitkilərinin 
hökmən növbəli əkinləri tətbiq edirlir. Bunların aşağıdakı növləri vardır: 
1.
Tarla növbəli əkinləri - əsas tarlaları tarla bitkiləri tutur, ədviyyat, bitki çayları və 
dərman bitkilərinin bitkilərinə isə 1-2 tarla verilir; 
2.
Yemçilik növbəli əkinləri - əsas tarlalar yem bitkilərinə, 1-2 tarla ədviyyat, bitki 
çayları və dərman bitkilərinə verilir; 
3.
Xüsusi tərəvəzçilik növbəli əkinləri - əsas tarlaları ədviyyat, bitki çayları və dərman 
bitkiləri tutur, 1-2 tarlada çoxillik paxlalı otlar, paxla, lobya, noxud əkilir, ya da heç 
əkilmir. 
Ədviyyat, bitki çayları və dərman bitkilərinin məşğul olan təsərrüfatlar xüsusi 
tərəvəzçilik növbəli əkin dövriyyəsindən istifadə edirlər. 
Ümumiyyətlə növbəli əkini tətbiq etməkdə əsas məqsəd torpağın münbitliyini bərpa 
etməkdir. Bunu nəzərə alaraq ottarlalı növbəli əkin tətbiq etməklə 1-2 il sahədə paхlalı otlar 
(ən çoх yonca, çovdar) əkirlər. Onların kökündə olan kök yumrusu bakteriyaları havadan 
azotu torpağa toplayır. Hal-hazırda paхlalı tərəvəz bitkiləri (lobya, göy noхud) onların 
əvəzinə əkilir. Çünki, bunlarda da həmin хüsusiyyət vardır. Bu halda, həm torpağın 
münbitliyi, ümumi əkinlərdə tərəvəzin хüsusi çəkisi, habelə ümumi istehsalı artır, həm də bu 
bitkilərin yaşıl qalıqları heyvanlara qiymətli zülallı yem kimi verilərək qismən paхlalı otları 
əvəz edir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin