İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə114/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   110   111   112   113   114   115   116   117   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 
116 

Kultivasiya - 
Alaqları kəsmək, torpağı yumşaltmaq və qismən qarışdırmaq məqsədilə 
aparılır. Becərmənin məqsədindən asılı olaraq kultivasiya 8-12 sm dərinlikdə aparılır. 

Malalama

Torpağın yumşaldılması, qarışdırılması, səthinin hamarlanması və alaq 
cücərtilərinin məhv edilməsi zamanı tətbiq olunur. 

Şaxmala - 
Şumlanmış sahələrdə kəsəkləri xırdalamaq, tirə və şırımları düzəltməklə 
torpağın səthini hamarlamaq üçün aparılır. 
Quraq iqlim şəraitində torpaqda nəmliyi saxlamaq üçün şumlama ilə eyni vaxtda və 
yaxud şumdan dərhal sonra sahəyə şaxmala çəkilir. Şaxmala, eni 25-30 sm, qalınlığı 10-15 sm 
olmaqla hər iki ucu ilə traktora qoşulan 3-4 metr uzunluğunda taxta və yaxud dəmirdir.
Şaxmalanın ölçüsü torpağın tipinə və sahənin vəziyyətinə görə müəyyən olunur. 
Torpağın qranulometrik tərkibi nə qədər ağır olarsa, şaxmalanın çəkisi də nisbətən 
artırılmalıdır. 
Vərdənələmə (Tapanlama)
torpağı sıxlaşdırmaq, iri 
kəltənləri xırdalamaq və torpaq səthini qismən hamarlamaq 
məqsədi ilə aparılır.
Torpağı tapanlamaq üçün vərdənələrdən 
istifadə olunur. 
Tapanlama həmçinin səpin zamanı toxumun bərabər dərinliyə basdırılmasını və 
toxumun torpağın bərk fazası ilə əlaqəsinin yaxşılaşdırılmasını təmin edir. Vərdənə səthinin 
formasından asılı olaraq dişli və hamar olur. 
Tapanlamanı ilk yaz müddətində dişli, 
səpinqabağı dövrdə isə hamar vərdənələrlə aparmaq lazımdır.
 
Tapanlama ilə kipləşdirilmiş torpağın su-hava və istilik rejimi yaxşılaşdığına görə, 
mədəni bitkilərin toxumlarının tez cücərməsinə və normal inkişaf etməsinə əlverişli şərait 
yaranır. Torpağın səpinə hazırlanması qaydası, tarlanın mövcud vəziyyəti nəzərə alınmaqla 
müəyyən olunur. Müxtəlif torpaq-iqlim şəraitinə malik olan ərazilərdə torpağın səpinə 
hazırlanması fərqli xüsusiyyətlərə malikdir. 
Quraq iqlim şəraitində torpağın səpinqabağı becərilməsi az təkrarlanmalı və dayaz 
aparılmalıdır. Kifayət qədər nəmli şəraitdə torpaq, quraq iqlim şəraitindəkinə nisbətən dərin 
və tez-tez becərilir. 
Torpağın səpinqabağı axırıncı becərilməsi səpinə 1-2 gün qalmış aparılmalıdır. 
Son vaxtlar kombinə edilmiş aqreqatlardan istifadə etməklə torpağın səpinə 
hazırlanması (kultivasiya, hamarlama və tapanlama) səpinlə eyni vaxtda aparılır (Şəkil 3.1). 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin