Fiziki xassələri. Molekul zəncirinin nisbətən yüksək nizamlı olmasına baxmayaraq BK-un şüşələşmə prosesi çox yavaş gedir. BK əsasında rezinlərin şüşələşməsinin əsas xüsusiyyəti ona gərginliyin həddən artıq güclü təsir etməsidir. Şüşələşmə 400%-dən artıq dartılma zamanı otaq və daha yüksək temperaturalarda istiliyin güclü ayrılması ilə müşahidə olunur. BK sıxlığı 910 kq/m3; şüşələşmə temperaturu (-67)-dən (-70)-yə qədər; 20-75°C-də xüsusi həcmi elektrik müqaviməti 10l4Om.m; dielektrik keçiriciliyi -2,3; l khs - 1300 Mhs tezlikdə dielektrik itkilərinin tangens bucaqı - 4104-9104; həll olma parametri-16,6 (MC/m3)l/2. BK yüksək dielektrik xassələrinə malikdir və suyu az sorbsiya etməsi səbəbindən hətta çox nəm mühitdə belə bu xassələr dəyişmir (BK-un sorbsiya qabiliyyəti TK-un sorbsiya qabiliyyətindən 3-4 dəfə azdır).
Butilkauçuk karbohidrogenlərdə - aromatik karbohidrogenlərə nisbətən alifatik karbohidrogenlərdə, xloroformda, dördxlorlu karbonda yaxşı həll olur.
Butilkauçukun xüsusiliyi onun kiçik qaz keçirməyə malik olmasıdır və bu polimerin molekula zəncirinin kiçik cəldliyi və tutumunun böyük sıxlığa malik olması ilə bağlıdır.
Müxtəlif qazlarda 20°C-də bəzi kauçukların qaz keçirmə əmsalları aşağıdakı kimidir (Kü.1018, M2/s.Pa):