İzobutilen-izopren sopolimerinin sintezi, fiziki, texnoloji xassələri və vulkanizasiya prosesi



Yüklə 2,31 Mb.
səhifə4/4
tarix19.10.2023
ölçüsü2,31 Mb.
#157177
1   2   3   4
muhazire 4

Vulkanizatlarm xassələri. Butilkauçuk əsasında rezinlər yüksək isti­liyə və ozona davamlılığa, qaz keçirməməzliyə, aqressiv mühitlərə və suda şişməyə davamlılığa, yüksək dielektrik xassələrinə malik­dir. Buna görə də onlar avtomobil şinləri üçün minik kameraları­nın, formator-vulkanizatorların bişirmə kameralarının və diafraqmalarının, rezinləşmiş parçaların, istiyə davamlı transportyor lent­lərin, avtokameralar istehsalında, həmçinin naqillərin və kabellərin izolyasiyası üçün kabel sənayesində istifadə olunur. Tərkibində fizioloji zəhərli maddələr olmayan rezin, tibb və yeyinti sənaye­sində tətbiq edilir. Onların ən çatışmayan cəhəti kiçik elastikliyə (20°C-də elastikliyi 8-10%), dinamiki təsirlər altında böyük histerezis itkilərinə, metala kiçik adgeziyaya malik olmasıdır.
Xlorlaşmış (xlorun miqdarı 1,1-1,3%) və yaxud bromlaşmış (bromun miqdarı 2-3%) butilkauçukdan çoxqatlı rezin məmulatlarının aralıq və yapışqanlı qatlarını və həmçinin, butilkauçuk əsasında rezinləri metallara yapışdırmaq üçün yapışqanlar hazırlanır.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin