Texnoloji xassələri. BK mexaniki emal zamanı cüzi plastikasiya olunur. Onun əsasında rezin qarışıqlarını rezin sənayesində tətbiq edilən adi avadanlıqlarda (vərdənələr, bağlı rezinqanşdırıcılar) hazırlamaq mümkündür. Onlar çox asanlıqla formalaşmaya məruz qalırlar və kafi konveksiya yapışqanlılığına malikdirlər.
BK-un çatışmayan cəhəti onun kiçik termoplastikliyidir və bu da polimerin və qarışıqların yüksək soyuqda axmasını müəyyən edir. Formalaşmış məmulatlar karkaslılığının az olması səbəbindən öz formasını pis saxlayır.
Texnoloji xassələri yaxşılaşdırmaq üçün rezin qarışıqları yüksək temperaturda emala uğradılır və buna görə də qarışıqların soyuq halda axması azalır, onların möhkəmliyi artır, vulkanizatların fiziki-mexaniki xassələri, deformasiya zamanı gərginliyi, elastikliyi, yeyilməyə qarşı davamlılığı və xüsusi elektrik müqaviməti yaxşılaşır.
Butilkauçuk doymamış kauçuklarla birgə pis vulkanizasiya olur və onların hətta cüzi qarışıqları kəskin şəkildə vulkanizasiya sürətinin azalmasına və rezinlərin mexaniki xassələrinin aşağı düşməsinə səbəb olur. Buna görə də BK əsasında rezin qarışıqları xüsusi ayrılmış aqreqatlarda və yaxud avadanlıqlarda hazırlanmalı və bu aqreqat və avadanlıqlarda doymamış kauçuklar emal olunarsa, onlar qabaqcadan səliqə ilə təmizlənməlidir.
Vulkanizasiya. BK-un doymamışlığı az olduğu üçün onun vulkanizasiyası uzun müddətli prosesdir və bu (doymamışlığın miqdarı) qarışıqların vulkanizasiya sürətində kəskin əks olunur. Müəyyən olunmuşdur ki, BK-un doymamışlığı 0,8-dən 2%(mol)- ə qədər artdıqda vulkanizasiya sürəti təqribən dörd dəfə artır.
Butilkauçuka birləşən kükürdün maksimum miqdarı 0,6-0,72% olur və ikiqat əlaqələr tam doyduqda belə elastiki rezinlər əmələ gəlir.
Butilkauçukla qarışıqlarda yüksək aktivliyə malik sürətləndiricilər - tetrametiltiuramdisulfıd, sinkdibutilditiokarbomat, tetrametiltiuramdisulfıdlə birlikdə merkaptabenztiazol effektivdirlər.
Butilkauçuk əsasında qarışıqların vulkanizasiya temperaturu 150-200°C-dir və daha aşağı temperaturlarda alman vulkanizatların möhkəmliyi kəskin aşağı düşür.
Yüksək temperaturada rezinlərin qocalmaya qarşı davamlılığını artırmaq üçün fenolformaldehid qatranları ilə vulkanizasiya geniş tətbiq edilir. Bu halda aktivatorlar kimi xlortərkibli polimerlərdən - polixloroprendən, sulfoxlorlaşmış polietilendən və həmçinin metalların xloridlərindən istifadə edilir.
Butilkauçuk əsasında qarışıqları dinitroazobirləşmələrlə və yaxud n- xinondioksimlə vulkanizasiya etdikdə istiliyə davamlı vulkanizatlar almaq mümkündür.
Butilkauçuk xloroprendən başqa yüksək doymamışlığa malik kauçuklarla tam birgə vulkanizasiya olunur.
Deformasiyalar zamanı kristallaşma qabiliyyətinə görə butilkauçukun doldurulmamış vulkanizatları kifayət qədər yüksək mexaniki xassələrə malik olurlar. Qarışıqlara gücləndiriri doldurucular daxil etdikdə vulkanizatların möhkəmliyinin əhəmiyyətli dərəcədə artması olmur, lakin deformasiya zamanı gərginliyi, cırılmaya və yeyilməyə qarşı müqaviməti artır.
BK əsasında standart rezin qanşığının resepti aşağıdakı kimidir:
|
Tərkibi, kütlə his.
|
Kauçuk ................................................
|
100
|
Kükürd ................................................
|
2,0
|
Merkaptabenztiazol ..............................
|
0,65
|
Tetrametiltiuramdisulfid .......................
|
1,3
|
Sink oksidi............................................
|
5,0
|
Stearin turşusu.......................................
|
3,0
|
Texniki karbon DQ-100.........................
|
50,0
|
Qarışıq laboratoriya vərdənələrində valların temperaturu 40-50°C-də 30 dəq. müddətində hazırlanır. Vulkanizasiyanı 143±l°C-də 30-50 dəq. müddətində aparırlar. Standart qarışıqların vulkanizatları aşağıdakı xassələrə malik olmalıdır:
|
BK-1030T
|
BK-1645T
|
BK-1675T
|
BK-2055T
|
Dartılmada möhkəmlik, MPa, azı ........................
|
17
|
18
|
19,5
|
18
|
400% uzanmada gərginlik, Mpa, azı............
|
-
|
-
|
8
|
7,5
|
Nisbi uzanma, %, azı........
|
700
|
600
|
600
|
600
|
Qalıq uzanma, %, azı........
|
70
|
60
|
60
|
65
|
Vulkanizasiya sürətini artırmaq, adgeziya xassələrini yaxşılaşdırmaq, başqa kauçuklarla birgə emal etmək üçün və həmçinin istilikdən qocalmaya və yeyilməyə qarşı davamlılığını artırmaq üçün butilkauçuku hallogenləşdirirlər. Hallogenləşmə zamanı (xlorlaşına və bromlaşma) hallogen atomlarının əsasən -vəziyyətində izo- pren manqalarının ikiqat əlaqələrinə birləşməsi baş verir. Halogenlərin belə allil atomları çox mütəhərrikdir və vulkanizasiya prosesini əhəmiyyətli dərəcədə tezləşdirir. Buna görə də halogenləşmiş kauçuklar doymamış kauçuklarla birgə vulkanizasiya imkanına malikdir.
Dostları ilə paylaş: |