Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Şənbə günü, günorta

 

Oxucu oxu zalına necə girdiyimi görmədi. O zalın dərinliyində, küncdəki sonuncu stulda oturmuşdu; qarşısında kitab var idi, amma oxumurdu. Gülümsəyərək sağ tərəfindəki qonşusuna- kitabxanaya tez-tez gələn pinti gimnazistə baxırdı. Gimnazist onun baxışlarına bir az dözəndən sonra birdən üzünə dəhşətli ifadə verib, Oxucuya dilini çıxardı. Oxucu qızardı və tələsik burnunu kitabın içinə salıb, oxumağa başladı.



Mən isə dünənki fikirlərimə qayıtdım. Məni fikir götürüb: məsələ onda deyil ki mənim macəram olmayıb, bu heç vecimə də deyil. Mən başqa şeyi bilmək istəyirəm- onlar ümumiyyətlə ola bilərdilərmi. Mühakimələrim ondan ibarətdir ki, ən bayağı hadisənin macəraya çevirilməsi üçün onu danışmaq bəsdir. Məhz bu insanları aldadır- hər bir insan hadisələrin nağılçısıdır, o həmişə özünün, başqalarının, öz başına gələn hadisələrin əhatəsində yaşayır. Bütün həyatını danışdığı hekayə kimi yaşamaq istəyər. Amma seçmək lazımdır:ya yaşamaq, ya da danışmaq. Məsələn, Hamburqda hansısa Erna ilə çox qəribə həyat tərzi keçirirdim, mən ona inanmırdım, o isə məndən qorxurdu. Amma mən o həyatın içində idim deyə həyat haqqında düşünmürdüm. Bir dəfə axşam Sankt-Paulda balaca bir kafedə o tualetə getməli oldu. Mən tək qaldım, patefonda “Blue sky”[i] mahnısı çalınırdı. Mən Hamburqa gələndən sonra başıma gələnləri özümə danışmağa başladım. Özümə dedim: üçüncü gün axşam “Mavi mağara” rəqs klubuna getdim və orada hündür, yarı kefli qadın gördüm. İndi “Blue sky” mahnısını dinləyərək bu qadını gözləyirəm. İndicə gələcək, yanımda oturub, boynumdan sallanacaq”. Birdən hiss etdim ki, macəra yaşayıram. Amma Erna qayıtdı, yanımda oturub, boynumdan sallandı və özüm də bilmirəm niyə, o dəqiqə ona nifrət etdim. İndi  bilirəm niyə, yenə də yaşamağa başlamaq lazım idi, macəra hissi itmişdi.

Yaşayanda heç bir macəra baş vermir. Səhnələr dəyişir, insanlar gəlirlər, gedirlər,vəssalam. Heç vaxt heç bir başlanğıc olmur. Günlər mənasız, sonsuz, yeknəsaq şəkildə bir-birinə əlavə olunurlar. Bəzən bir balaca nəticəyə gəlirsən, özünə deyirsən, bax artıq üç ildir səyahət edirəm, üç ildir ki Buvildəyəm. Sonluq da yoxdur- qadın,dost və ya şəhər həmişəlik dəyişmir. Sonda hər şey bir-birinə oxşayır- qoy olsun Şanxay, Moskva və ya Əlcəzair, bir neçə on ildən sonra hamısı bir sifətdə birləşir. Bəzən- nadir hallarda- öz vəziyyətini diqqqətlə yoxlayırsan, görürsən səni hansısa qadın kəməndə salıb, hansısa zibil hadisənin içinə girmisən. Amma bu qısa andır. Sonra hər şey əvvəlki kimi davam edir, yenə də günləri, saatları yığmağa başlayırsan. Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə. Aprel, may, iyun. 1924, 1925, 1926.

Bu yaşamaq adlanır. Amma həyatını danışanda hər şey dəyişir, sadəcə heç kim bu dəyişikliyi hiss etmir, bax bu da bir sübut: insanlar məqsədsiz şəkildə həqiqətə uyğun hekayələr danışırlar. Elə bil ki, tarix ümumiyyətlə həqiqət ola bilərmiş; hadisələr xüsusi ardıcıllıqla baş verib, biz isə onu geriyə doğru danışırıq. Bizə elə gəlir ki, biz başdan başlayırıq. “ Bu hadisə 1922-ci ilin xoş payız axşamında baş verib. Mən Maromme notariusunda poçtalyon işləyirdim”. Amma əslində axırdan başlayırsan. Sonluq buradadır, o gözə görünmədən iştirak edir, o başlanğıca təmtəraqlı məna verir. “Mən gəzməyə çıxdım və hiss etmədən şəhərdən uzaqlaşdım, məni pul məsələləri düşündürürdü”. Bu ifadə, belə götürəndə, sadəcə bildirir ki, söhbətin getdiyi qəhrəman fikirlərə qərq olub, qaşqabaqlıdır və hansısa macəradan xeyli uzaqdır- daha doğrusu elə əhval ruhiyyədə olanda ətrafında baş verən hər şey yanından keçir. Amm axı sonluq da buradadır, yaxınlıqdadır, o hər şeyin formasını dəyişdirir. Bizim üçün adlandırılmış personaj artıq hadisənin qəhrəmanıdır. Onun qaşqabaqlı olması, onun pul problemləri bizim problemlərimizdən daha qiymətlidir, onu gələcək macərann işığı qiymətə mindirib. Və hekayə sondan əvvələ doğru cərəyan edir. Bir anlıq görüntülər bir-birinin üstünə bəxtə-bəxt yıxılmaqdan əl çəkirlər, hadisənin sonluğu onlara yapışıb, özünə çəkir, onların da hər biri özündən sonra gələn anı arxasınca dartır. “Gecə idi, küçə boş idi”. İfadə elə bil ki, təsadüfən atılıb, artıq görünür, amma bizi aldatmaq olmaz, onu bir kənara qoyuruq, bu ifadənin əhəmiyyətini tezliklə görəcəyik. Bizdə belə hiss yaranır, elə bil ki, qəhrəman bu gecəni əlamətləri ilə, bütün təfsilatı ilə yaşayıb və hətta elə görünür ki, o ancaq həmin mühüm dəqiqələri yaşayıb, macəraya aparan hər şeyə qarşı kor, kar olub. Biz unuduruq ki, gələcək hələ orada deyil, bu qəhrəman sadəcə gecə gəzir, gecə isə bütün əlamətlərdən məhrumdur, o növbə ilə personaja öz yeknəsaq xəzinəsini təklif edir, o da seçmədən götürür. Mən istərdim, həyatımın anları bir-birinin ardınca gəlsin, səliqə ilə elə dayansınlar ki, onları həyatının bir anı kimi xatırlayasan. Bu isə zamanın quyruğundan yapışmağa çalışmaq kimi bir şeydir.

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin