Jqut normal hava temperaturunda 1 saat, soyuq havalarda 30 dəqiqə qoyulmalıdır



Yüklə 21,92 Kb.
səhifə4/6
tarix14.05.2022
ölçüsü21,92 Kb.
#57964
1   2   3   4   5   6
life

Çıxıqların əsas əlamətləri:

Zədələnmiş nahiyədə güclü ağrının əmələ gəlməsi;Zədələnmiş nahiyədə şişkinlik və qan yığılmasının müşahidə olunması;Sümüyün yerini dəyişməsi, zədələnmiş nahiyənin qeyri-adi forma alması;Zədələnmiş nahiyənin aktiv hərəkətinin məhdudlaşması;Zədələnmiş nahiyyənin hətta passiv hərəkətinin mümkünsüzlüyü;Zədələnmiş nahiyənin anormal hərəkəti.



Mütləq əlamətlər:

  • Sümüyün görünən deformasiyası (sümüyün qeyri adi formaya keçməsi);

  • Zədələnmiş sümüyün normaya uyğun olmayan hərəkəti;

  • Zədələnmə zaman özünəməxsus sümük sınması səsi.

Nisbi əlamətlər:

  • Yaralı sahədə şişkinlik;

  • Zədələnmiş sahədə güclü ağrılar;

  • Zədələnmiş sahənin hərəkərsizliyi;

  • Ətrafın qısalması.

Sümüyün sınmasından şübhələndikdə ilk tibbi yardım məqsədilə, zədələnmiş hissənin tamamilə hərəkətsiz bir halda qalmasını təmin etmək lazımdır. Bunun üçün hadisə yerində xüsusi şinlə fiksə etmək lazımdır. (videoda göstərilən şəkildə) Şin olmadıqda taxta parçası, boru, bərk kardon, ağac budağı və s. istifadə etmək də olar. Həmin taxta parçası ilə zədələnmiş nahiyyənin ətraf hissələrinin sümüklərin dəriyə yaxın keçən sahələri arasına yumşaq bir parça qoyaraq (sıxılaraq zədə almasının qarşısını almaq məqsədi ilə) və ya birbaşa paltarın üzərindən həmin nahiyyələri enli bint, dəsmal və ya hər hansı bir uzun parça ilə sarınmaq lazımdır. Sınıq bölgəsi alt və üst oynaqlarda birlikdə düzgün vəziyyətə gətirilir. İstifadə olunan məsələn taxta parçası nəinki zədələnmiş nahiyəni, həm də hər iki tərəfdən (yuxarı və aşağı) zədələnmiş nahiyəni əhatə edən oynaq və uyğun olaraq sümüklərin də sahəsini tutmalıdır. Belə olduqda sınmış sümük hissələri yerindən oynamır. Açıq sınıqlarda ilk yardım zamanı, yaraya təmiz sarğı qoymaq, qanaxmanı dayandırmaq lazımdır. Əlimizin altında fiksasiya üçün heç bir vasitə tapılmadıqda, sınmış nahiyəni uyğun şəkildə sağlam ətrafa və ya bədənin uyğun hissəsinə də bərkitmək olar. (videoda göstərilən şəkildə) Sınıqlara ilkin tibbi yardım göstərilən zaman nə etmək olmaz:Sınmış nahiyədəki defekti düzəltməyə çalışmaq;Dəridən çıxmış sınığı geriyə salmağa çalışmaq və s.Sümüklərin sınmasından şübhələndikdə zədələnmiş şəxsi təcili xəstəxanaya çatdırmaq lazımdır. Sınıqlar zamanı vaxtında ilk yardım göstərilmədikdə və həkim travmatoloqa müraciət edilmədikdə, sümük düzgün bitişmir və nəticədə həmin şəxs ömrü boyu şikəst qalmaq təhlükəsi ilə üzləşir.


Yüklə 21,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin