Kimyəvi yanıqlar – toxumaya zədələyici təsir göstərə bilən bəzi kimyəvi maddələr ilə əlaqə zamanı, həm evdə, həm də sənayedə təsadüf edən yanıq növlərindəndir. Bu cür kimyəvi maddələrə aşındırıcı turşular, qələvilər və ağır metal duzlarını göstərmək olar.Turşulu yanıqlar – o qədər də dərin olmur, məsələ bundadır ki, turşunun təsirindən, dərinin zülalı puxtalaşaraq, sərt örtük əmələ gətirərək, bu maddənin daha dərinə keçməsinin qarşısını alır. Qələvi yanıqlar – yetərincə dərin olur, puxtalaşma nəticəsində yaranan baryer müşahidə olunmur. Ağır metal duzları yanıqları – turşulu yanıqlar kimi zülalın puxtalaşmasına səbəb olduğundan səthi olur.Termiki yanıqlara– alov, isti alət, isti maye və ya buxarla yanıqları və s. aid edilir. hər kəsin başına gəlmiş və ya gələ biləcək vəziyyətlərdəndir. Alov – yanıq sahəsi adətən nisbi böyük olur, dərinliyi 2-ci dərəcəli yanıqlardan artıq müşahidə edilmir. İlkin kömək məqsədi ilə müdaxilələr zamanı, bədənə yapışmış paltarın aradan götürülməsi çətinlik törədir, yanmış sahədə qalacaq hər hansı paltar qalıqları isə infeksiyaya səbəb ola bilir. Bu cür yanıqlar zamanı, görmə orqanları və yuxarı tənəffüs yollarının da zədələnməsini görmək mümkündür.İsti maye – yanıq sahəsi nisbi kiçik olur, lakin daha dərin olmağı ilə seçilir. Adətən, 2-ci və ya 3-cü dərəcəli yanıqlar müşahidə olunur. Buxar – yanıq sahəsi böyük, amma çox dərin olmur. Adətən tənəffüs yollarının da zədələnməsi müşahidə olunur. İsti alət – yanığın sahəsi alətin ölçüsü qədər olur, kənar sərhədləri aydın seçilir və yetərincə dərin ola bilir. Dərinliyi 2-ci dərəcədən, 4-cü dərəcəyə qədər dəyişir. Həmçinin, isti alətin zədələnmiş sahədən qoparılan zaman, əlavə zədənin yetirilməsi müşahidə olunur.
Nə edilməlidir:
Yanıq səbəbini (isti su, buxar, alət) aradan qaldırmaq lazımdır;
1-2-ci dərəcəli yanıqlarda axan soyuq su ilə yamış sahəni soyutmaq; (ən azı 10-15 dəqiqə)
3-4-cü dərəcəli yanıqlarda fizioloji məhluldə (0,9% duzlu su məhlulu) isladılmış nəm sarğı (aseptik sarğı) ilə yanmış sahənin üzərini örtmək;
Ehtiyac duyulduqda ümumişlək ağrıkəsici (analgin, parasetamol və s.) vermək;
Yanmış sahəni hərəkətsiz saxlamaq.
Nə etmək olmaz:
Yanmış sahənin üzərinə müxtəlif maz, krem, yağ, qatıq və s. sürmək, bu infeksiyanın daxil olmasına şərayit yarada bilər;