Mədəyə düşmüş zəhəri orqanizimdən uzaqlaşdırmaq yetərincə çətindir. Bu hallarda əsas üsul, mədənin zondla yuyulmasıdır ki, bu zaman zond qida borusuna, oradan isə mədə yeridildiyindən, bu prosses yalnız həkim tərəfindən aparılmalıdır. (zondun yeridilməsi öz başına aparılarsa, səhfən traxeyaya yeridilməsi mümkündür) Həkimlər gələnə qədər, zərəçəkmişə qusmağa kömək etmək lazımdır. Bunun üçün 3-4 fincan duzlu (fincana 2-4 çay qaşığı duz qatılır) su içirtmək lazımdır. Bu zaman mədə təbii yolla yuyulur, proses iki-üç dəfə təkrarlamaq məqsədə uyğun sayılır.Dərman və ya zəhərli bitkilər ilə zəhərlənmələr zamanı, mədəni kalium permanqanat (marqanç) məhlulu ilə yumaq lazımdır. Mədənin yuyulması üçün hazırlanmış məhlulda bənövşəyi kalium permanqanat (marqanç) kristallarının tam həll olmasına diqqət etmək lazımdır! Əgər onlar mədəyə həll olmamış kristallar şəklində düşərsə, özləri mədəni güclü yandıracaqdır.Üzvi-fosforlu birləşmələr və ya metil spirti ilə zəhərlənmələr zamanı, mədənin yuyulmasında çay sodası məhlulundan istifadə olunur. Bu zaman, zərəçəkmişə 1-1,5 litr çay sodası məhlulu (1 çay qaşığı 1 litr suya qatılmalıdır) içirtmək məqsədə uyğundur. Daha sonra, zərərçəkmişə bərk çay və ya kofe içirtmək lazımdır. (nəticədə qeyd olunan məhlullar sinir oyadıcı təsir göstərəcəkdirYandırıcı mayelər ilə -sirkə turşusu, xlorid turşusu, naşatır spirti, aşındırıcı soda və digər qələvilər, kalium permanqanat, skipidar, (iynəyarpaqlı ağaclardan alınan qatran) benzin və s. zəhərlənmə zamanı müxtəlif müdaxilə üsulları nəzərdə tutulmuşdur. Əgər, zərəçəkmiş turşu məhlulu (müxtəlif növ sirkənin böyük miqdarda qəbulu) ilə zəhərlənmişsə yumurta ağını – 12 ədəd yumurta ağı 1 litr soyuq suda qarışdırıb, ona içirtmək lazımdır. Turşular ilə zəhərlənmələr zamanı, əsasən də, sirkə turşusu ilə zərəçəkmişə qətiyən soda məhlulunu vermək olmaz! Turşu ilə soda arasında gedəcək reaksiyalar nəticəsində, qazlar əmələ gələcək ki, bu da zədələnmiş mədəni parçalaya bilər. Aşındırıcı qələvilər ilə zəhərlənmə adətən, daha dərin yandırıcı effek verdiyindən, daha təhlükəli sayılır. Bu cür zəhərlənmələr zamanı, zərərçəkmişə 5-10 dəqiqə interval ilə zəif turşu məhlulu: 2-3% limon turşusu məhlulu və ya 1 stəkan suya 1 xörək qaşığı olmaqla, qida üçün istifadə olunan istənilən sirkə məhlulunu içirtmək lazımdır.Mədəni məhlullar ilə yuduqdan sonra, aktivləşdirilmiş kömür qəbul etmək məqsədə uyğun sayılır. Yandırıcı maddələr ilə zəhərlənmələr zamanı, 100-200 ml suda 40-80 qram kömür tozu, yəni 2-4 xörək qaşığı qarışdırmaq lazımdır. Əgər kömür tablet formasındadırsa, uyğun olaraq onu toz halına qədər əzmək lazımdır. Bu maddə bir sıra zəhər və dərmanları inaktivləşdirmək qabiliyyətinə malikdir. 10 q kömür tozu ölümcül yuxu dərmanı və ya aspirin dozasını inaktivləşdirə bilir. Kömürlə həmçinin spirtli içkilər də neytrallaşdırılır. Təəssüf ki, mədədəki qida kömürün təsirini dəfələrlə aşağı salır, bu səbəbdən mədə yuyulduqdan sonra, onun qəbulu daha düzgün sayılır.