Oktyabrın 20-də
“Türk Hava Yolları”
(THY) Bakı ofisinin rəhbəri Seyfullah İl-
yas ATİB ofisini ziyarət etdi.
ATİB sədri Cemal Yangın ziyarətə görə
təşəkkür edərək THY-ni güclü, dinamik,
hər zaman irəli addımlayan bir qurum
kimi gördüyünü bildirdi.
THY-nin ATİB-lə əməkdaşlığını bundan
sonra da ən yüksək səviyyədə davam et-
dirəcəyini bildirən Seyfullah İlyas daim bu
əməkdaşlığa xüsusi yer verəcəyini söylədi.
21 oktyabr 2015-ci
ildə Türkiyənin
Azərbaycandakı səfirliyinin əmək və so-
sial müdafiə məsələləri üzrə müşaviri
Namık Ata, gömrük müşaviri Arsan Gün-
ler, mətbuat müşaviri Hamit Karadeniz
və din xidmətləri müşaviri Kamil Günes
Azərbaycan Türkiyə İş Adamları Birliyi-
nin ofisində qonaq oldular.
Qonaqları salamlayan ATİB sədri Ce-
mal Yangın ziyarət üçün təşəkkürünü bil-
dirdi.
Səmimi qarşılanmaya görə minnətdar-
lıqlarını bildirən müşavirlər Türkiyənin
Azərbaycandakı səfirliyi ilə ATİB arasın-
da bütün istiqamətlər üzrə əməkdaşlı-
ğın inkişafından məmnunluqlarını ifadə
edib, bu əməkdaşlığın daha da inkişaf
etməsi üçün öz fəaliyyətləri dövründə səy
göstərəcəklərini vurğuladılar.
Görüşdə Türkiyənin Azərbaycandakı
səfirliyi ilə ATİB arasında əməkdaşlığın
gücləndirilməsi sahəsində görülən işlər-
dən bəhs olunaraq, gələcək əməkdaşlığın
perspektivləri ilə bağlı fikir mübadiləsi də
aparıldı.
Dostları ilə paylaş: |