Dairə 1
təhlil
Qeyd edək ki, dövlət büdcəsindən elm,
təhsil, səhiyyə, sosial müdafiə və sosial
təminat, mədəniyyət, incəsənət, infor-
masiya, bədən tərbiyəsi və digər kateqo-
riyalara aid edilməyən sahədə fəaliyyətə
dövlət büdcəsindən çəkilən xərclərin
içərisində səhiyyənin xüsusi yeri vardır.
Belə ki, 2015-ci ilin ümumi dövlət büdcə-
sinin strukturunda elmə çəkilən xərclər
0,7%, təhsilə 8,1%, səhiyyəyə 3,7%, sosi-
al müdafiə və sosial təminata 9,8%, mə-
dəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və digər kateqoriyalara aid edil-
məyən sahədə fəaliyyətə 1,6% proqnoz-
laşdırıldığı halda, 2016-cı ildə bu göstə-
ricilərin müvafiq olaraq elmdə 0,8%,
təhsildə 10,5%, səhiyyədə 4,6%, sosial
müdafiə və sosial təminatda 11,7%, mə-
dəniyyət, incəsənət, informasiya, bədən
tərbiyəsi və digər kateqoriyalara aid edil-
məyən sahədə fəaliyyətdə 4,0% olması
gözlənilir. Buradan da göründüyü kimi,
dövlət xərclərinin tərkibində səhiyyənin
payı 2016-cı ildə 2015-ci ilə nisbətən
orta hesabla 20% artacaqdır. Buradan
belə nəticəyə gəlmək olar ki, 2016-cı ilin
dövlət büdcəsində azalmaların proqnoz-
laşdırılmasına baxmayaraq, dövlətin sə-
hiyyə xərcləri prioritet kimi qalacaqdır.
O cümlədən də digər sosial sahələrdə bu
qənaətə gəlmək olar. Bunu Dairə 1-də də
əyani şəkildə görmək olar.
Dostları ilə paylaş: