Klinikamızda
hər bir
pasiyentə özəl yanaşma
prinsipi mövcuddur
Qəribova Sevinc Vəli qzı Kürdəmir şəhə-
rində doğulub. Orta məktəbi bitirdikdən
sonra ATU-nun Stomatologiya fakültəsinə
qəbul olunub. Universiteti bitirdikdən son-
ra stomatoloq kimi fəaliyyətə başlayıb.
Hal-hazırda “ Denta Med” Estetik Stomato-
loji Klinikasında direktor vəzifəsində çalı-
şır. Ailəlidir, 2 övladı var.
“Denta Med” neçə ildir ki, fəaliyyət
göstərir və bu illər ərzində hansı inki-
şaf yolu keçib?
S.Q.:
”Denta Med” Estetik Stomatoloji
Klinikası 2011-ci ilin iyun ayından fəa-
liyyətə başlayıb. Klinikamız artıq 5 ildir
uğurla və yeni nailiyyətlərlə fəaliyyətini
davam etdirir.
Klinikanız hansı xidmətləri göstərir?
S.Q.:
Klinikada stomatologiyanın bü-
tün xidmət sahələri movcuddur. Ha-
zırda diaqnostika, müalicə, ortopediya,
periodontologiya, implantologiya, uşaq
stomatologiyası və ən əsası estetik sto-
matologiya sahələrində müştərilərimizə
idmət göstəririk.
Dostları ilə paylaş: