Gələcəyə yönəlik hansı planlarınız var?
Biz süni mayalanmanı Tibb Univer-
sitetinin Cərrahiyyə korpusunda edirik.
Yəni müqavilə əsasında birgə fəaliyyət
göstəririk. Bizim Azərbaycan Tibb Uni-
versiteti ilə əməkdaşlığımızı genişlən-
dirmək kimi planlarımız var. Bununla
yanaşı, süni mayalanma ilə bağlı hər
hansı bir yenilik olarsa, buraya gətir-
mək də planlarımıza daxildir. Bir sözlə,
planımız işlərimizi dövlətlə, universi-
tetlə birgə daha da gücləndirməkdir.
Hər hansı bir işi müəyyən yüksək-
liyə qaldırmaq çətindir, amma onu o
səviyyədə qoruyub saxlamaq daha da
çətindir. Əsas olan xidməti o səviyyədə
saxlamaqdır.
1987-1993-cü illərdə Ankara Hacettepe
Universiteti Tibb fakültəsində (ingiliscə)
tibb təhsili alıb.
1994-1998-ci illərdə SSK Ege Doğum
evində təhsilini qadın xəstəlikləri və doğum
ixtisası üzrə davam etdirib.
1999-2000-ci illərdə İstanbul Gümüşsu-
yu Asker Hastanesində əsgərlik xidmətində
olub.
2000-2004-cü illərdə İstanbul Alman
Hastanesi Tüp Bebek Mərkəzində çalışıb.
2004-2007-ci illərdə Bakı şəhəri Mərkə-
zi Klinik Xəstəxanada Qadın sağlamlığı və
xəstəlikləri və süni mayalanma şöbəsinin
rəisi vəzifəsində çalışıb.
2008-ci ilin sentyabr ayından “Azər-Türk
Med” Tibb Mərkəzinin baş həkimi vəzifə-
sində çalışır. Ölkə daxilində və xaricində 26
məqalə və 52 təbliğin müəllifidir.
47
say 25 |
Dostları ilə paylaş: |