Cemal Yangın DEİK/
Türk-Azerbaycan
İş Konseyinin
iclasında İdarə
heyətinə üzv seçilib
ATİB sədri Cemal Yangın və ATİB Baş
katibi Pərvanə Hacıyeva Turan Yazganın
anım günü mərasimində iştirak ediblər
Türk-Azərbaycan İş Konseyi 3 noyabr
1991-ci ildə Türk-Avrasya İş Konseylerinin
əhatəsi altında fəaliyyət göstərməyə başla-
yıb. Bu konsey Türkiyə və Azərbaycan böl-
gələri arasındakı iqtisadi və sosial iş əlaqələ-
rini daha da inkişaf etdirmək üçün qardaş
ölkələrə dəstək vermək məqsədilə yaradılıb.
Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK)
məqsədi xarici ticarət, beynəlxalq investisi-
yalar, xidmətlər başda olmaqla, Türkiyənin
ixracatını artırmağı təmin və iş imkanlarını
inkişaf etdirməyi koordinasiya etməkdən
ibarətdir. Qeyd edək ki, ATİB İdarə heyəti-
nin sədri Cemal Yangın DEİK/Türk-Azer-
baycan İş Konseyinin iclasında İdarə heyə-
tinə üzv seçilib.
Noyabrın 23-də
Azərbaycan Dövlət İqti-
sad Universitetinin Türk dünyası işlətmə fa-
kültəsində (TÜDİFAK) Türk Dünyası Araşdır-
maları Vəqfinin (TDAV) qurucusu professor
Turan Yazganın anım günü keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyi-
nin sədri Cemal Yangının və Baş katib Pər-
vanə Hacıyevanın iştirak etdiyi tədbirin əv-
vəlində Turan Yazgana həsr olunan sənədli
film nümayiş olundu.
Sonra fakültə dekanı Fərruh Tuzcuoğlu
iştirakçılara Turan Yazganın həyat və fəaliy-
yəti haqqında ətraflı məlumat verdi. Onun
əsasını qoyduğu və rəhbərlik etdiyi TDAV
ilə həyata keçirilən mühüm layihələrdən
danışdı.
Çıxış edən qonaqlar Turan Yazganın
daim türk millətinin tərəqqisi üçün çalış-
dığını, türk dövlətlərinin zəngin mədəniy-
yəti, böyük tarixi keçmişi ilə həmişə qürur
duyduğunu qeyd etdilər, onun təhsilin in-
kişafına və türk xalqlarının birliyinə önəm
verdiyini və bu gün yad edilməsindən məm-
nunluq duyduqlarını bildirdilər.
ATİB xəbərləri
ATİB sədri THY
ofisində qonaq oldu
Dostları ilə paylaş: