VI
E.T.A. QOFMAN. POVELİTELĞ BLOX 8)
1822-ci ildə yazılmış bu əsərdə xəyal ilə həyati faktlar bir-birinə qarışılmışdır. Baş qəhrəman Pereqrinusun həyatında ötgün ağıllı bir “usta” birə də iştirak edir. Burada texnika vasitəsilə qönçədən çıxarılıb, canlandırılmış füsunkar bir prinses də var. Bu şüx gözəl ətrafında kürəş gedir…
Məncə, romanın fantastik cəhətində həyati və psixolojik bir fakt var. Pereqrinus evlənmək istəyib, evlənə bilməyənlərdəndir. Böylə gənclərə fransızlar “diffisil” deyirlər. Bu növ adamlar həyatı və dolandığı mühiti buraxıb da xəyal dalınca düşərlər, əfsanəvi gözəllər axtararlar. Halbuki bütün gözəllər və gözəllik hayatda mümkündür. Lakin Pereqrinus bunu ancaq bir çox macəradan sonra anlaya bilir. Nəhayət, bir cildçinin Rozxen adlı qızı ilə evlənib, xoşbəxt olur…
Dostları ilə paylaş: |