BAYRON, t. I 6)
Məncə, insan təbiətindəki xislətlərin hər biri hər bir insanda mövcuddur. Ola bilsin ki, bu mənfi ya müsbət xislətlər birində çox, o birində az inkişaf etmişdir. Yazıçı qəhrəmanlarının xarakterini təsvir edərkən öz təbiətindəki xislətlərə müraciət etməli, onları gərəkincə artırıb, əksiltməlidir.
Bayronda böylə deyil. Bayron hər yerdə özünü görür. Çayld, Qorald, Kafir, Korsar, Lara, “Parizina”dakı Huqo, “Qorinf mühasirəsi”ndəki Alp – həp özü. Qəhrəmanını Şərqdənmi alır, orta əsrlərdənmi götürür – qarşımızda eyni sima[dır]: iradəli, məğrur, cəmiyyətə qarşı nifrət bəsləyən bir div…
Dostları ilə paylaş: |