ƏDƏBİ DÜŞÜNCƏLƏR, TƏNQİDİ QEYDLƏR 1)
I
STENDALIN ROMAN HAQQINDA
MÜLAHİZƏSİ
“Lösğen Leven” (Krasnoe i beloe) – Lucien Le Wien – ("Le rouge et le blance") – Stendal.2)
Stendalın fikrincə, roman nağıl eləməklə məşğul olmalıdır. Roman “nağıl edərək əyləndirir”. Fəlsəfə və düşüncələr yürütmək yersizdir. Lakin danışıq lazım[dır], danışıq oxucunun dincəlməsinə meydan verir. Stendal dram üsulunu romana tətbiq edir. Romanın başlığı da Stendalı çox maraqlandırır – oxucunun diqqətini cəlb etməlidir, məzmunla əlaqəsi olmasa da, olar…
“Lüsyen Leven” XIX əsrin birinci yarısını təsvir edir. Satqın hökumət və parlaman üzvləri, birja, seçki həngamələri… tamam gəlib, gözümüzün önündən keçir. Monarxiya və respublika fikri…
Leven pozulmamış bir gəncdir, fəaliyyət göstərmək istəyir, lakin hər yerdə kirə rast gəlir – ordu kirli, hökumət kirli, hər yerdə əxlaq pozuqluğu… Nəhayət, diplomasi sahəsinə keçir… Kim bilir, bu ikiüzlü peşə onu qane etdimi?..
Stendalın roman texnikası, məncə, bişgin deyil. Qəhrəmanların danışığı ilə bərabər, bir də düşüncələrini göstərmək təbiidir. Lakin bu üsul Qnut Qamsunda daha da təkmil olunmuşdur.3)
II
Dostları ilə paylaş: |