Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə57/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   53   54   55   56   57   58   59   60   ...   75

ROBİNDRANAT TAQOR

Taqor 8 mayıs 1861-ci ildə Kəlkütədə dünyaya gəlmişdir. Ata­sı Maxaraş Davandranat Taqor Hindistanın zəngin və nü­fuzlu filosof və şair ailəsinə mənsub idi.

Taqor anasını uşaq ikən qaib etmiş və bu əziz itginin təsiri, qəm və kədərləri ilk şerlərinə sirayət etmiş[dir].

Atası həmişə səyahətdə olduğu üçün şair atasını da az gö­rürdü. Evdə yeddi qardaş nökərlərin əlində böyüyürdülər. Nö­kər­lər bunları döyürdülər. Biri şairi oturdub, ətrafına təbaşir ilə dairə çəkib, oradan çıxmamaq ilə qorxudurdu.

Ata-ana təsirindən uzaq, nökərlərin qaba himayəsindən tez-tez çəkilib, pəncərəsinin yanında oturub, özünü təbiətə tərk edirdi, yapraqlardan, küləklərdən, yellərdən ilham alardı.

Cocuqlara evdən çölə çıxmağa mane olurdular. Lakin ge­niş imarətdə və bağda asudə idilər. Xəyalat və fikir üçün mey­dan geniş idi.

Zahiri həyatında böyük təbəddülat olmadığı üçün dəruni aləmilə məşğul olmuş. Əsərlərinin dərinliyi də bununçündür.

Məktəb ilə bərabər, evdə xüsusi müəllimlərdən də dərs alı­nır­dı. Bu dərslər axşam saat doqquza qədər davam edirdi, in­gi­liscə, sanskritcə Benqal Akademiyasında təhsil görmüş. Şan­tengetan məktəb açmış, özü də imdiyədək idarə edir.

Uyqudan əvvəl dayələrdən birisi uşaqlara nağıl deyirdi.

23 yaşında evləndi. Eşqi o vaxtın şerlərində görünür. Sonra ata­sı­­­nın təklifi üzrə Qanq kənarında Şilaliddəki mülklərini ida­rəyə başladı. Burada xalq ilə təmasa gəlir və ən gözəl əsər­lə­rini burada yazır. “Bağban” burada vücuda gəldi. Arvadı və qızı öləndən əvvəl mülkü idarə eləməkdən əl çəkib, Şan­ten­getan məktəbi məsələsi onu məşğul edirdi. Bu məktəb üçün hazırlanmaq niyyətilə Taqor Ame­rikaya və İngiltərəyə səyahət etdi. Məktəb vasitəsilə Taqor Benqa­liyaya yeni həyat bəxş et­mək niyyətində idi.

İngiltərədə Brayton şəhərində təhsil gördü. Hüquqi tədqiq edib, vəkil olmalı idi.

Qardaşının dostlarından birisi bu məktəbi layiq görməyib, onu Londraya apardı. Buradasa Qaspar, Milton və Bayron ilə məşğul oldu, amma təsirlərinə düşmədi.

V Anq. liter. eqo parazili sila strasti.1)

Buna şərik ola bilmirdi, çünki:

“Çeloveçesk. strasti – tolğko odin iz glementov litera­tu­­rı, a ne ee üelğ: gtoy posledney skoree əvləetsə krasota so­ver­şenney polnotı, kotoraə sostoit v prostote i sder­jan­nosti”.2)

İkinci dəfə Avropaya təhsilə getməsinə bizə məlum olma­yan sə­bəb­lərə görə mane olundu. Yalnız əlli yaşında 1912 sə­nədə Avro­pa­ya getdi və ingiliscə əsər yazmağa baş­ladı (Bu zaman məktəb açdı). Bilaxirə Avropaya səyahət­lərində böyük hörmətə malik olmuş[dur].

Kak ukrepitelə voli, nesuhiö obodrenie ustanıni, kak jivoy ukazatelğ puti “k pobede vısşeqo v çeloveke”.3)

Taqora qüvvət verən hindin əsrlərcə toplanmış mədəniy­yə­ti­dir. Lakin tam müasir bir adamdır. Bir hində deyil, bütün dün­yaya yeni həyat hazırlayıbdır. Taqor Şərq ilə Qərb arasında bir körpüdür.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin