DE LA MARTİNĞER. PUTEŞESTVİE V
SEVERNIE STRANI, Moskva, 1911 q. 10)
1653-cü ildə fransız doktoru De la Martinyer Danimarka ticari heyətinə qoşulub, İsland, Norveç və Şimal Rusiyyəni dolaşır. Nəticədə meydana bir səyahətnamə çıxarır. Müəllif Oleariy, ya İbn Bətutə və ya Övliya Çələbi kibi ətraflı və təfsilatlı məlumat verməyirsə də, yenə kitabı bizim üçün çox qiymətlidir. Məsələn, rusların evlənmək qaydası haqqında yazdığı. “Gəlin ərinin evinə köçən axşamı nişanlısı ona çəkməsini çıxarmağı buyurur. Qız qiymətli şey olan çəkməni ilk çıxarırsa, o şeyi əri ona bağışlayır və bu qız üçün bir xeyir fal hesab olunur. Qamçılı çəkməni ilk çıxararsa, baxtsız sanılır: əri onu qamçı ilə vurar və bu cəzanın iləridə də veriləcəyi məlum olar”… (131 səhifə)
Qədim Rusiyyədə ağıçı xatınların mövcud bulması da maraqlıdır. “Mərhumun qadını çox dərdli olduğunu ifadə [etmək üçün] başqa xatınlar dutub biryerdə ağlamağa məcburdur. Ən mərasimli dəfn ağı deyən qadınların çoxluğu ilə bilinir. Ağıçılar göz yaşlı səslə: “Əzizim, niyə məni tərk etdin? İstədiyini eləmədimmi? Evin qaydına qalmadımmı? Sənə gözəl balalar doğmadımmı? Hər bir şeyin bol deyilmi idi? Nə üçün öldün? Sənin gözəl qadının, yaxşı balaların və istədiyin qədər arağın yoxmu idi?” (s. 140).
Rəqs haqqındakı məlumatı da maraqlıdır. “Ruslar rəqs etmək bacarmayırlar və əmindirlər ki, rəqs onların vüqarına yaraşmayan bir şeydir. Bəzən içki vaxtı onlar tatar qullarını və oynadırlar” (s. 143).
IX
QETE. QODI STRANSTVOVANİƏ
Dostları ilə paylaş: |