Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


VII SOBRANİE SOÇİNENİY ŞİLLERA – I t



Yüklə 1,48 Mb.
səhifə64/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   60   61   62   63   64   65   66   67   ...   75
VII

SOBRANİE SOÇİNENİY ŞİLLERA – I t.

(“BİBLİOTEKA VELİKİX PİSATELEY”) 9)
Bu böyük filosof şairin xüsusiyyəti onun alicənablığındadır. Dost­luq, vəfa, fədakarlıq, yigitlik, həqqin qələbəsi… əsərlərinin ruhunu təşkil edir. Bütün yoxsulluğuna baxmayaraq, Vürtem­berq hersoqu Karldan çəkdiyi sıxıntılara baxmayaraq, o opti­mist entuziastdır. Bütün ömrü və yaradıcılığı azadlıq təranəsi ilə doludur. O, dar millətçi deyil, alman müstəbidi Karla qarşı nifrət bəslədiyi halda, fransız mütəfəkkiri Russonun qarşısında diz çökür. Bunun üçün Şiller yalnız Almaniyanın deyil, bütün inasaniyyətindir.

Şillerin də, Bayron kibi, qəhrəmanları insandan çox titandır. Pad­şah altun piyaləsini dənizə atır, kim onu dənizin dibindən çıxarsa, piyaləni ona vəd edir. Gənc şevalyedən bir yigit də­nizə atılıb, piyaləni çıxarır. Padşah onu təkrar sınamaq istəyir, piyaləni təkrar dənizə atır və bu dəfə də gətirsə, qızını ona ve­rəcəyini söyləyir. Gənc qıza baxıb, yigitlik ilhamı alır, təkrar özü­nü dənizə atır. Lakin… bu dəfə geri qayıtmayır.

Kral Fransisk balkonda oturub heyvanxanasına tamaşa edir. Arslan və pələng yan-yana. Kralın ətrafına düzülmüş sa­ray xanım­larından birisi şevalyesini sınamaq üçün əlcəyini aşa­ğıya, hey­van­ların yanına salır. Fədakar şevalye təhlü­kə­dən qorxmayaraq enib, arslan ilə pələng qarşısına düşmüş əl­cəyi gətirir. Ancaq əlcəyi insan həyatı ilə əylənən xanımın yü­zü­nə çırpır.

Qədim Yunanıstanda nəğməçi İviq dəniz allahı Poseydon şərə­finə verilən bir ziyafətə gedərkən yolda onu quldurlar öl­dürür. Göy­dən durnalar ötürmüşlər. İviq son nəfəsində: “Ey dur­nalar, mənim intiqamımı alınız!” – deyib həyatdan ayrılır. Ara­dan uzun müddət keçir, İviqin qatilləri tapılmayır. Bir gün A..ina teatrosunda tamaşa vaxtında göydən durnalar keçmə­yə başlayır. Tamaşaçılardan biri yoldaşına: “Bax, İviq durnaları uçurlar”, – [deyir]. Bu sözləri eşidən olur. Bu adamların İviq qa­tilləri olduqları meydana çıxır. Durnalar vasitəsilə nahaq qan batmayır.

Damon müstəbid Dionisiyi öldürmək istərkən tutulur. Da­mon deyir ki, mən ölümə razıyam, heç bir mərhəmət ricasında da bulunmaq fikrində deyiləm. Ancaq üç günlüyə möhlət ver də, bacımı ərə verib, yenə gəlim. Dostumu zamin verirəm. Müs­təbid razı olur. Damonu buraxdırıb, dostunu zindana sal­dı­rır. Damon vədinə xilaf çıxmayırsa da, yolda çayın daşması vaxtında gəlib çıxmasına mane olur. Müstəbid Damonun dos­tunu ölümə göndərir. Cəllad padşahın buyruğunu əmələ gətir­mək istərkən Damon gəlib çıxır. Dostunu qurtarıb, özünü cəl­ladın əlinə verir. Dostluqda sadiq qalan Damon əhvalatı pad­şa­ha çatır. Damonun vəfalılığı onun yürəyində mərhə­mət duy­ğusu oyadır. Damonun günahı bağışlanır.

Leandr Qeronu, Qero da Leandrı sevir. Lakin ataları bun­la­rın itti­faqına ziddirlər. Leandr Dardanelin o tayında, Qero isə bu tayın­da yaşayır. Bir gecə Leandr məhbubəsini görmək məq­sədilə bağıza keçməyə qalxışır. Lakin dənizə qələbə çala bilməyib, dalğalarda batıb ölür. Bunu görən Qero ayrılığa tab gətirə bilməyib, yaşadığı qüllədən özünü dənizə atır. Sağlıq­la­rında bir-birinə qovuşa bilməyən iki can ölüm dalğasında bir­ləşirlər…

“Qaçaqlar”da yenə eyni Şiller motivləri davam edir. Amal­ya­nın vəfası, qaçaq Morun dostluq namına Amalyanı öldür­məsi və ilax.

“Qaçaqlar” başdan-başa azadlıq ruhu ilə doludur…



VIII



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin