8. Ziyalılarımızın millətimizdən aralanmasının səbəbləri
Məqalə "Sədai-həqq" qəzetinin 1913-cü il 162, 163-cü saylarında dərc edilmişdir. Kitaba daxil edilən məqalə əlyazma nüsxəsindən (fond 21, s.v. 147) götürülmüşdür. Əlyazmanın sonunda müəllifin "Firuzə. 1 iyul" qeydi var.
9. Konqre yapmalı!
"İqbal" qəzeti – 12.11. 1913
10. "Nicat" qiraətxanəsi
"İqbal" qəzeti – 17.02. 1914
11. Etibarsız millət
"İqbal" qəzeti – 20.04. 1914
12. Kiyevdə Millətlər Qurultayı
"Açıq söz" qəzeti – 02. 10. 1917
1 - Məqalənin dərc edildiyi qəzet səhifəsi natamam olduğu üçün bir neçə cümləni oxumaq mümkün olmadı.
13. Millətlər Qurultayından aldığım təsirlər
"Açıq söz" qəzeti – 11. 10. 1917.
14. Azərbaycan və azərbaycanlılar
Bu məqalə Krımda, Ağməsciddə nəşr edilən "Millət" qəzetinin səhifələrindən götürülmüşdür. Yusif Vəzirin 1921-ci ildə İstambulda çap edilən "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı kitabında da qeyd olunduğu kimi, həmin məqalə "Millət" qəzetinin 1918-ci il 111, 113, 114, 115 və 116-cı saylarında dərc edilmişdir. Kitaba daxil edilən məqalə yazıçının arxivində saxlanılan qəzet kəsiklərindən ibarət albomundan (fond 21, s.v. 395) götürülmüşdür. Albomda həmin məqalənin dərc olunduğu qəzet saylarından yalnız üçü (1918, 6, 12, 15 sentyabr sayları) mühafizə olunur.
1 - "Mətbuat" adlı bölmədən əvvəl "Azərbaycan və azərbaycanlılar" məqaləsinin başqa bir bölməsi (yəqin ki, "Ədəbiyyat" adlı bölməsi) də var. Qəzet kəsiyi yarımçıq olduğu üçün kitaba daxil etmədik.
2 - (...) – "Qadın məsələsi" adlı bölmə yarımçıqdır. Qeyd edək ki, yazıçının arxivində bu bölmənin eyni adlı əlyazma variantı (fond 21, s.v. 136) saxlanılır. Əlyazma ilə çap variantı bir qədər fərqli olduğu üçün onu həmin yarımçıq çap variantına süni şəkildə əlavə etmək istəmədik.
Dostları ilə paylaş: |