Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


DE LA MARTİNĞER. PUTEŞESTVİE V



Yüklə 1,48 Mb.
səhifə65/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   61   62   63   64   65   66   67   68   ...   75
DE LA MARTİNĞER. PUTEŞESTVİE V

SEVERNIE STRANI, Moskva, 1911 q. 10)
1653-cü ildə fransız doktoru De la Martinyer Danimarka ti­ca­ri heyətinə qoşulub, İsland, Norveç və Şimal Rusiyyəni do­la­şır. Nəticədə meydana bir səyahətnamə çıxarır. Müəllif Ole­a­riy, ya İbn Bə­tutə və ya Övliya Çələbi kibi ətraflı və təfsilatlı məlumat ver­məyirsə də, yenə kitabı bizim üçün çox qiy­mətli­dir. Məsələn, rusların evlənmək qaydası haqqında yazdığı. “Gəlin ərinin evinə köçən axşamı nişanlısı ona çəkməsini çı­xar­mağı buyurur. Qız qiymətli şey olan çəkməni ilk çıxarırsa, o şeyi əri ona bağışlayır və bu qız üçün bir xeyir fal hesab olu­nur. Qamçılı çəkməni ilk çıxararsa, baxtsız sanılır: əri onu qamçı ilə vurar və bu cəzanın iləridə də veriləcəyi məlum olar”… (131 səhifə)

Qədim Rusiyyədə ağıçı xatınların mövcud bulması da ma­raqlıdır. “Mərhumun qadını çox dərdli olduğunu ifadə [etmək üçün] başqa xatınlar dutub biryerdə ağlamağa məcburdur. Ən mərasimli dəfn ağı deyən qadınların çoxluğu ilə bilinir. Ağıçılar göz yaşlı səslə: “Əzizim, niyə məni tərk etdin? İstədiyini elə­mə­dimmi? Evin qaydına qalmadımmı? Sənə gözəl balalar doğ­madımmı? Hər bir şeyin bol deyilmi idi? Nə üçün öldün? Sə­nin gözəl qadının, yaxşı balaların və istədiyin qədər arağın yoxmu idi?” (s. 140).

Rəqs haqqındakı məlumatı da maraqlıdır. “Ruslar rəqs et­mək bacarmayırlar və əmindirlər ki, rəqs onların vüqarına ya­raş­mayan bir şeydir. Bəzən içki vaxtı onlar tatar qullarını və oynadırlar” (s. 143).
IX

QETE. QODI STRANSTVOVANİƏ


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin