SVƏTOQOANTONİƏ7) Floberin “Salambo”sunu böyük maraqla oxumuşdum. Bu romanda tarix və bədii cəhət gözəl bir vəhdət təşkil edir. Qədim adətlər, coşğun hiss, yerli kolorit… cənub çiçəyinin rayihəsi kibi, insanın damağına çökərək, xoş məstlik verir. Antuan fəqərəsi isə böylə deyil – bütün tarixi məlumatına baxmayaraq, insanı bıkdırır. Günahın dadlılığı qarşısında pəhrizkarlığın sarsması Zolanın “Lable…”, L.Tolstoyun “Kuzma”sında və Fransın “Tais”ində də göstərilir. Lakin bu üç ustanın hünəri Floberin “Antuan”ında görükməyir.