ADAM OLEARİY. Opisanie puteşestviƏ v
Moskoviö i Çerez Moskoviö v Persiö
i obratno, SPb, 1906 q. 4)
XVII əsrin birinci yarısında bir Halşteyn səfarəti gəlib, Moskov dövlətindən keçib İrana gedir. Məqsəd – ticarət. Səfarətə qoşulmuş Adam Oleariy qiymətli bir səyahətnamə qoyub getmiş[dir]. Bu adamın müşahidələri, məlumatı, cürbəcür fənlərə vaqif olması insanı heyrətə daldırır. Heyf ki, Oleariyin kitabı ruscaya tərcümə edilərkən İran hissəsi ixtisar edilmiş[dir]. Deməli, bizim üçün qiymətli olan hissədən məhrum oluruq.
Oleariy Moskvadan çıxıb, Edil çayı ilə Əjdərxana, oradan Dərbəndə, Şamaxıya və İrana keçir, bizim şəhərlər haqqında ən maraqlı məlumat verir. Müəllifin kitaba qoşduğu şəkillər də olduqca maraqlıdır. Məsələn, Dərbənd və Şamaxının şəkli.
Azərbaycan haqqında verilən məlumatların bir yerə toplanıb, kitab şəklində basılmasının vaxtı çoxdan gəlmişdir.
III
Dostları ilə paylaş: |