QIRX İLLİK DÖYÜŞÇÜ
Maksim Qorki deyildikdə 1890-cı illərdən başlamış, əvvəl yavaş-yavaş, sonra sürətlə alovlanan inqilab hərəkatı yada düşür. III Aleksandrın zamanında qayəyə vardırılmış mütləqiyyət, 1905 inqilabı, irtica, Stolıpin idarəsinin şiddətli həbsləri, sürgünləri, dar ağacları, 1917-ci il Oktyabr inqilabı… Bunların hamısının xatirəsi göz önündən keçərkən Lenin-Stalinlə bərabər, Maksim Qorkinin də böyük heykəli inqilab tarixi səhifələrini zinətləndirir.
Maksim Qorki demək mübarizə meydanının qırx illik mətin, cəsur, mərd bir döyüşçüsü deməkdir!.. Belə bir adamın ölməsi qəlbimizdə nə qədər acılar doğurar! Lakin bizə təsəlli verəcək bir şey var: Maksim Qorki həyatından arxayın olaraq getdi. O, bağbanı olduğu böyük inqilab bağının məhsulunu görüb getdi. Bu gün Maksim Qorki həyatda yoxdursa, onun fikri, mətanəti və mərdliyilə milyonlarca gənclər aşılanaraq yeni aləmə xidmət etməkdədir.
Yusif Vəzir
N.V.Qoqolun “Ölü nüfus” *
Dostları ilə paylaş: |