Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə53/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   49   50   51   52   53   54   55   56   ...   75

QƏDİM İRAN QADINLARI

İran mədəniyyəti tarix qədər qədim olduğu üçün hali-ibti­dailərini təyin və o zaman qadınlarının vəziyyətini aydınlaşdıra bilmirik. Firdovsi “Şahnamə”sində təmsil etdiyi bir neçə qadın tipləri istisna olursa, İranın epope dövrünə dair əlimizdə heç bir material yoxdur. Tarix İranın yüksək bir mədəniyyətə təsa­düf edir. Şərq mədəniyyətlərinin qadın hürriyyətinə zidd oldu­ğu bəlli: hər yerdə çoxarvadlılıq, hərəm həyatı, mülkiyyət hə­ris­liyi. Bunlardan doğan istibdadi hərəkətlər də daima qadının başında çatlamış. Təqribən iki min üç yüz yıl əvvəl Herodot yazır[dı]: “Hər bir iraninin bir neçə şər’i qadını var. Bundan baş­­qa, hərəsinin bir sürü də kənizləri olur”.1

Fars çoxlu çocuq atası olmasını bir məziyyət ədd edir. Əs­gəri nöqteyi-nəzərdən hökümdarlar da xalqın çoxarvadlılığını təşviq edirmişlər.

Herodotun İran qadını haqqında verdiyi məlumata Strabon daha maraqlı əlavələr edir. Mağlar və bilümum midiyalılar tər­zi-həyatları ilə daima farslara örnək olmuşlar. Farslar bun­lar­dan iqti­bas etdikləri bir çox şeyləri inkişafən çox vəqt ifrata belə var­dır­mışlar. Məsələn, Midiya qadını uzun paltar geyir­miş, farslar qadın­larının qısa və xəfif libaslarını uzun əlbəsəyə təhvil etmək ilə iktifada bulunmayıb, qadınların yüzlərini də qa­lın çarşaflar ilə qapamışlar.2

Deməli, çadra farsların ifratpərəstliklərindən doğma bir adət olduğunu Strabon aşkarca söyləyir.

Zikri keçən yunan müvərrixlərindən daha əvvəl hüsula gə­lən “Avesta” kitabı çoxarvadlılıq haqqında bir şey söyləmir. Zər­düştilik təbiəti təqdis etdiyi üçün evlənməni təşviq edir və iki tərəfin də qanuna riayət etməsini şərt qoyur. Qız cismani xə­tərdən uzaq və bakirə olmalı, yaşı on beşdən yuxarı, cehizi çox. Kişi zərdüşti dininə sadiq olmalı və öz bacısı və ya qızı ilə evlənməsi vacibdir.

Zərdüştilərdə vəfakar, ərinə sadiq, xoş düşüncəli, xoş söz­lü, xoş hərəkətli qadınlar təqdir olunurlar. Böylə qadınların ad­ları bütün zərdüşti ayinlərində zikr olunar və qadını nur allahı Ahuramazdaya mənsub bir məxluq ədd edirlər.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin