Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


TÜRKLÜKDƏ SARAY QADINLARI



Yüklə 1,48 Mb.
səhifə52/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   48   49   50   51   52   53   54   55   ...   75

TÜRKLÜKDƏ SARAY QADINLARI

Türk qadınlarının keçmişini öyrənmək istədikdə ən əvvəl yüksək təbəqələrə rast gəlirik. Çünki bütün səyyahlar, səfirlər həp bu sinfə təmas etmişlər. Füqəra qismi isə tənvir olunma­mış qalır. Buna bax­ma­yaraq, bugünkü hali-ibtidada qalmış türk ünsürlərinin həya­tını tədqiq etdikdə bu nöqsanları doldur­mağa qadir ola bilirik. Heç şübhəsiz ki, hal-hazırda Türküs­tan­da və Anadoluda olduğu kibi, hər bir türk ailəsində təsərrüfatın bütün ağırlığı arvadın öhdəsinə d­ü­şür­müş. Ev, cocuq, tarla və ticarət tamamilə arvadlarda imiş. Çünki kişi daima hərb ilə məş­ğul olarkən, təsərrüfatından xəbəri olmamağı təbii idi. Bir ki­şinin neçə arvad alması da iqtisadi əsaslara istinad edir[di]. Qadın təsərrüfatın işçisi idi, sayı artdıqca iş asanlıq ilə yola ge­dir­di.

Saray həyatına gəldikdə, hər yerdə olduğu kibi, türk sara­yın­da da ifratpərəstlik və səfahət hökm sürürdü. Bir hökm­da­rın nazı üçün xanımlarına hədsiz-hesabsız məbləğlər sərf olu­nur­du, bir çox insanlar onların kefi üçün qulluqda davam edir­di­lər. Bu həqiqəti meydana çıxartmaq üçün Teymurləngin sa­rayını təsvir edən səyyaha söz verməliyik. Klavixo Teymurun xanımlarının bir rəsmi ziyafətə gəlməsini böylə göstərir: "Xalq hazır idi. Bir də hasarların birinin dalından baş xatun çıxdı. Əy­nində geniş və uzun, qırmızı ipəkdən tikilmiş və siyirmə, gen, qolsuz bir paltar var idi. Qolları və başı üçün üç yırtıqdan baş­qa paltarda bir şey görünmürdü. [Paltarı] toqqalanmamışdı, aşağı endikcə genişlənirdi. Baş xatun bu paltarda asudə yeri­mək üçün ətəyini on beş arvad əllərində tutmuşdular. Yüzünə o qədər kirşan vurulmuşdu ki, ağ kağızı andırırdı. Adətən türk xanımları səyahətə çıxan zaman günəşə qarşı yüzlərinə kirşan sürtürdülər. Baş xatunun yüzünə bir də incə ağ tənzif çəkil­mişdi, başında da hərb dəbilqələrinə bənzəyən qırmızı dingə var idi. Dingə uca idi və üzünə bir çox iri, parlaq, yumru mirva­rilər, ləl, firuzə və başqa ziqiymət daşlar düzülmüşdü. Tənzifin ucları çiyinlərinə düşmüşdü, o da siyirməli idi. Yuxarıda qızıl­dan qayırılmış gözəl bir çələng var idi, üzəri böyük mirvari və başqa daşlar ilə təzyin olunmuşdu. Dingənin üst tərəfi kiçik köşgü andırırdı; içində iki barmaq enliyində üç ləl var idi ki, parlaq və çox gözəl idi. Təpəsində bir qulac uzunluğunda ağ bir xutuz var idi ki, tükləri yüzünə qədər sallanmışdı. Bu tüklər ucunda daş-qaş ilə bəzənmiş quş lələyindən qotazı olan yal­dızlı ipək ilə bağlanmışdı. Xatun yeridikcə xutuz yırğalanırdı. Baş xatunun qara saçları çiyinlərinə tökülmüşdü. Qara tüklər məqbul olduğu üçün, rəng qoyurlar ki, daha da qara olsun.

Birinci yerdən arvadlar əllərilə dingəni tutmuşdular. Xatunu üç yüzə qədər qadınlar tənun edirdilər. Başının üstünə bir adam çadırbaşı kimi bir dəyirmi ağ ipək qumaşdan bir çətir tut­muşdu ki, xatunu günəşdən mühafizə etsin. Qabağınca bir çox qadınlara xidmət etməyə məxsus xədimlər gedirdi.

Böyləcə baş xatun Teymurun çadırına yetişdi və onun təx­tinin bir az geri tərəfindən oturdu. Qabağında birinci üst-üstə yığılmış döşəklər var idi. Təşyi edən qadınlar çadırın dal tərə­fində yerləşdilər. Baş xatunun yanında onun dingəsini tutmaq üçün yalnız üç arvad qaldı. Baş xatun oturar-oturmaz bir baş­qa hasardan Teymurun ikinci xatunu eyni paltarda və eynən dəbdəbə ilə gəlib, baş xatundan bir pillə aşağı oturdu. Bu kiçik xatun idi. Böylə-böylə Teymurləngin səkkiz xatunu və nəvə­si­nin zövcəsi gəlib, bir-birindən aşağı oturdular".1

Sonra xalqın hüzurunda ziyafət başlanmasını, şərab və qı­mız içilməsini səyyah təsvir eləyir. Sırası gəldikdə baş xatun da əcnəbi səfirlərinə ziyafət verirmiş.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin