ANATOL FRANS. VOSSTANİE ANQELOV 5)
Tarix və sənəti ədəbiyyata qoşmaq fransız ədəbiyyatında Floberdən bəri gözəl bir irs olmuşdur. Hüqo, Balzak və Zolya da bu yolda yaratmışlar. Frans Anatol bu yolun ən incə sənətkarıdır. Qədim Yunan və Roma mədəniyyətinin məftunu Frans, təbiidir ki, sami dinlərinə, xüsusilə yəhudi, xristianlıq ehkamlarına və kilsəyə düşməndir.
“Mələklər üsyanı”nda da sənət pəriləri göylərə qarşı çıxaraq Yeqovanı düşürürlər, lakin onun yerində yalnız İblisi oturtmağa müvəffəq olurlar.
Kitabın axırında müəllif öz fikrini böylə bir ifadə ilə bildirir: “Zəfər – deyir, – ruhdan ibarətdir. Biz yalnız özümüzdə Zaldavofla (mənfi allah) uruşub, onu yox etməliyik”.
Fransın olduqca zərif və oynaq bir üslubu var. Bütün romanları (“Tais”, “Susamış allahlar” və başqaları) oxucuya həzz verərək, yüngülcə oxunur.
IV “BİBLİOTEKA VELİKİX PİSATELEY”
Dostları ilə paylaş: |