Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə2/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   75

KİYEVDƏN MƏKTUB


Müdirə əfəndim!

Kiyev islam tələbələrinə göndərdiyiniz “İsıq” qəzetəsini oxuyub bu barədə bir neçə sətir yazmağı özümə borc bildim.

Arvadlarımızın zülmət içində yaşadığı bir zamanda onlar üçün öh­dənizə götürdüyünüz qəzetə nəşri böyük və müqəd­dəs bir vəzi­fədir.

Bu böyük vəzifəni lazımınca ifa edib, məqsədə nail ol­maq­lığa da çox hünər, çox cəsarət istər. Vəzifənin böyüklüyü onun üçündür ki, “xa­nımlar qəzetəsi” dedikdə ən əvvəl “arvad mə­sə­ləsi” gəlir gözü­mü­zün qabağında durur. “Arvad məsələsi” də insanlar üçün həyati və zəruri bir məsələdir!..

Əgər ana və analıq mənası mühafizə edilib asudə və elm­lə­rinin tə­rəqqisinə çalısılsa, onda gələcəyimizə yenə ümid bağ­lamaq olar. Ar­vad­ların tərbiyə və təlimlərinə baxılmaz isə bundan da bədtər şəksiz biz müsəlmanlar məhv olub gedə­siyik!! Bu bir həqiqətdir ki, bunu heç kəs inkar edə bilməz. Zatən hər həqiqətə çatmaq üçün növ-növ vasitə və vəsilə olur isə, “arvad məsələsi”nin arvadlarımızın nə­finə həll olunma­ğı­na, arvadlarımızın hüquq və ixtiyaratını müdafiə et­mə­yə bircə yol, bircə vəsilə var: qanmaz sözündən və avam təkfirindən qorxmayıb doğru danışmaq, həqiqəti açıb hamıya məlum et­-

mək və zə­manəmiz tələbatına müvafiq işlər görmək!

“İşıq” qəzetəsindən də bu vəsilə ilə məramına çatmağı göz­lə­yirik.


Kiyev Darülfünununun tələbəsi

Yusif Vəzirov


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin