Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə9/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

KONQRE YAPMALI!

Böyük mütəfəkkirimiz Əhməd bəy Ağayev cənabları islam arvad­larına dair rus dilində yazdığı bir risalədə deyir: "Müsəl­man­ların nicatı onların əxlaqi, maddi və bəlkə, siyasi yük­səl­mə­ləri ancaq iki məsələnin həllinə bağlıdır: biri arvad məsə­lə­si, biri də hürufat isla­hı".1

Zənnimizcə, hürufatdan da qabaq bizə arvad məsələsinin həlli vacibdir. Çünki yaponlar bizim­kin­dən də dolaşıq bir hüru­fa­ta malik ola-ola tərəqqi edə bildilər. Amma arvad məsələsi həll olunmamış bir millət tərəqqi edə bilməz. Fikrimizin doğru­luğu üçün aləmi-islama zənn etmə­li­yik. Nə qədər arvadlar avam, hüquqsuz[durlar], bir o qədər də ye­tir­dikləri övladlar ba­til fikirli və fəna əqidəlidirlər. Bəs, bizə ge­niş fikirli yeni ar­vadlar lazım­dır: nicatımız böylə arvadlara bağ­lıdır.

"Təhrirül-mirat" müəllifi mərhum Qasim Əmin deyir: "Yeni arvad zəmanəmizdəki mədəniyyətin çiçəyidir".2 Deməli, bu "çi­­­çək­­lər" açdıqca mədəniyyət meyvələr verəcək. Onda biz də avam­lıqdan, alçaqlıqdan və qaranlıqdan çıxıb yavaş-yavaş uca mövqelər işğal edəcəyik. Bizi də görüb, tanıyacaqlar, bi­lə­cəklər. Dəxi bizə "vəh­şi", "nadan" ləqəbləri vermiyəcəklər... Daha bundan aydın mətləb ola bilməz, təkrarən deyirik: millə­ti­­mizin səadət günəşi ailə üfüqündən doğacaq, ailəni də dü­zəl­dən, nizama salıb qaidəyə qoyan milli təhsil görmüş hüquq­lu və asudə arvadlar olacaqlar!

Məsələ böyləcə aşkar ola-ola, bilmirəm, bunun həllinə niyə çalışıl­mayır? Niyə mətbuatımızda buna dair tez-tez söhbətlər açılmayır? Arvadlarımızın hüquqsuzluğu, onların şəxsiyyətsiz bir parça şey sanılmaqları hamıya məlumdur!1 Könülsüz ərə verilən müsəlman qızlarının özlərini öldürmələri, oda atmaları, ya xristianlığı qəbul etmələri ki, qəzetlərdə yazılır, pəs, niyə bu biçarələrin, bu ixtiyar və hüquqsuzluq qurbanlarının səslərinə səs verən yoxdur? Quru-quru çığırışmadan faidə yoxdur! Bu fənalıqlar ilə ciddi mübarizə et­məliyik. Bunun üçün də konqre yap[ıl]malıdır ki, bir yerə toplanıb arvad məsələsinin həllinə yol­lar axtaraq. Ümumi bir proqram tərtib edib, hansı vasitələr ilə mübarizə etməyi aşkar etməsək, mənfəətli bir nəticə hasil edə bilmərik.

Arvad məsələsinə dair Ümumrusiya Müsəlman Konqresi yapmaq mümkündür. Əvvəl cəmi Rusiyada bu məsələnin tə­rəfdarlarını bil­mə­lidir və sonra sözləşib, hökumət icazəsilə kon­­qre üçün yer təyin etmək olar. Əlbəttə, sözləşmə mət­bua­tı­mız vasitəsilə gərək olsun.

Başqa türk və tatar qəzetələrindən təvəqqe eləyirik, bizim məqa­lə­ni dərc edib, oxucularına fikrimizi məlum etsinlər. Qaf­qaz qəzetə­lə­rindən də ricamız budur ki, şimal türklərinin kon­qreyə dair rəy və təsəvvürlərini qəzetələrdən iqtibas edib oxu­cularına bildirsinlər. Böy­ləlikdə konqre fikrinin tezlik ilə qüv­və­dən felə çıxmasına ümid bağlamaq olar.
Student Yusif bəy Vəzirov



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin